\"Azərbaycanda vəzifəli şəxslərin arvadları da sevgili saxlayır\" - Qalmaqallı AÇIQLAMA

\
"Əvvəllər bu hallar az-az müşahidə olunsa da texnologiyanın ildırım sürətilə inkişafı xəyanətlərin də sayını artırıb”. 

Hər zaman qalmaqallı açıqlamaları ilə gündəm olmağı bacaran psixoloq Samirə Bağırova bu fikirdədir.

Sfera.az xəbər verir ki, bizim.media-ya açıqlamasında psixoloq bildirib ki, burada ən başlıca səbəb evləndikdən sonra kişi və qadın arasında olan münasibətlərin tam açıq olmamasıdır.

"Xəyanətə aparan yolun ən başlıca səbəbi cütlüklərin bir-birlərinə qarşı olan pərdəli davranışlarıdır. Hansı ki, evlilikdən sonra ər-arvad bir-birlərinə cinsi həyatları haqqında açıq etiraf edə bilmirlər, istəklərini boğurlar. Bu da onların arasında müəyyən problemlər yaradır və son yol xəyanət olur. Bundan başqa səbəblər kiçik nüanslardır”.

Psixoloq deyir ki, Bakıda hazırda o qədər ailə var ki, xəyanətlərini bilə-bilə rəsmi nikahlarını pozmadan yaşayırlar: 

"Bəzən cütlüklər sevgiləri bitsə də evliliklərini kağız üzərində saxlayırlar. Həm ər, həm də arvad ayrılıqda öz həyatlarını yaşayır. Onu da qeyd edim ki, hazırda bu Bakıda çox geniş yayılmış dəbdir. Xeyli vəzifəli şəxslər var ki, özləri kimi arvadları da sevgili saxlayır. Vəzifəli qalsın qırağa, orta təbəqəli insanlardan da bu cür "ailəli” olanlar var. Hər ikisi bilir ki, həyat yoldaşının sevgilisi var və rəsmi olaraq evliliklərini qoruyurlar”. 

Samirə Bağırova deyir ki, son zamanlar keçirdiyi seansların hamısının motivində  xəyanət durur: 

"İnanın son zamanlar seansların demək olar ki, yarıdan çoxu bu problemlə bağlıdır, şikayətlər eynidir:

"Ərim xəyanət edir və ya mən ərimə xəyanət edirəm”. Həmin o pasientlərə sual verirəm ki, xəyanətə səbəb nədir? İnanın elə bir səbəb deyirlər ki, baxıram ki, hər iki tərəfin səbəbləri haqlıdır”.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...