Vəzifəli şəxs ürək tutmasından öldü

Vəzifəli şəxs ürək tutmasından öldü
Gədəbəy rayon İcra Hakimiyyətinin nümayəndəsi ürək tutmasından ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, 1957-ci il təvəllüdlü, Gədəbəy RİHB-nın Qaradağ kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyən Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 7 ünvanında yaşayan Qasımov Cahangir İsmayıl oğlu aprelin 3-ü saat 21 radələrində Gədəbəy rayon İcra Hakimiyyətinin inzibati binasının girişində ürək tutmasından ölüb.

Əldə edilən məlumata əsasən, Qasımov Cahangir təbiətcə sakit, müsbət xarakterizə olunan biri olub, ürək xəstəliyindən əziyyət çəkib. Baş vermiş hadisə ilə əlaqədar dərhal rayon prokurorluğu və Gədəbəy RPŞ-nin əməliyyat qrupunun iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, fotoşəkillər çəkilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR