Vətəndaşlar özləri avtobuslarda tibbi maskadan istifadəyə nəzarət etməlidir - RƏY

Vətəndaşlar özləri avtobuslarda tibbi maskadan istifadəyə nəzarət etməlidir - RƏY
 
Koronavirusa qarşı mübarizədə əsas tələblərdən biri də qoruyucu tibbi maskadan istifadədir. İnsanların bir yerə toplaşdığı və demək olar ki, hər gün işə və evə getmək üçün istifadə etdiyi ictimai nəqliyyatda maskadan istifadə çoxddan zərurətə çevrilib. 

Metropolitenin fəaliyyətini dayandırması ilə insanların avtobuslara üz tutması bu mövzunu daha aktual edir. Lakin təəsüf ki, avtobuslarda hələ də tibbi maskadan istifadə etməyən sərnişinlərə rast gəlidirik.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyta üzrə ekspert Azər Allahverənov bildirib ki, dünyada geniş yayılan pandemiya ilə mübarizə bir sıra dövlətlərdə müsbət nəticələr verib və buna səbəb vətəndaşların tələblərə əməl etməsidir:
 
"Pandemiya ilə mübarizədə müsbət nəticə əldə edən dövlətlərin təcrübələrinə nəzər saldıqda, bu sahədə effektivliyi təmin edən bir neçə məsələnin olduğunu görürük ki, bunlar da vətəndaşların özlərindən asılıdır. Təbii ki, biz bütün məsuliyyətin vətəndaşın üzərində olduğunu demirik. Lakin vətəndaşların özündən asılı olan məsələlər də çoxdur. Virusla mübarizədə iki vacib məqam – marketlərdə, ictimai nəqliyyatda və eləcə də müxtəlif ictimai yerlərdə sosial məsafənin gözlənilməsi və qoruyucu tibbi maskadan istifadə edilməsi məsələsidir. Bunlar da bilavasitə vətəndaşların özlərindən asılıdır”. 

Ekspert bildirir ki, Azərbaycanda koronavirus yeni-yeni yayılmağa başladıqda rəsmi qurumlar tibbi maskadan istifadənin vacibliyini vurğulasa da, müxtəlif sosial şəbəkələrdə maskadan istifadənin təhlükəli olması ilə bağlı yanlış məlumatlar paylaşılırdı:

"Bu kimi məlumatlar insanları çaşdırdı və bununla da, maskadan istifadədən imtina edənlər oldu. Nəticədə vəziyyət virusun yayılmasına əlverişli mühit yaratdı”. 

A.Allahverənov ictimai nəqliyyatda tibbi maskadan istifadə ilə bağlı çağırışların edildiyinə və burada vətəndaş məsuliyyətinin əsas rol oynadığına diqqət çəkib:

"Hazırda metroların bağlanması ilə avtobuslarda sərnişinlər arasında sıxlıqlar müşahidə olunur. Bu zaman sərnişinlərin maskadan istifadə etməsi ilə bağlı məsuliyyət sürücülərin üzərinə qoyulur. Sürücülərdən tələb olunur ki, avtobus salonunda olan sərnişinlərin tibbi maskadan istifadəsinə, sosial məsafənin gözlənilməsinə nəzarət etsinlər. Lakin bu, bütün hallarda sərnişinlərin özlərindən asılı olan haldır. Çünki sürücülərin də bu formada məsələyə müdaxilə etməsi xoşagəlməz hallara gətirib çıxarır. Məsələn, bugünlərdə sosial şəbəkələrdə belə hadisə ilə bağlı video paylaşılıb. Avtobus sürücüsü sərnişinin tibbi maskadan istifadə etməsini təkidlə bildirdikdə ona qarşı zor tətbiq edilib. Bu da yolverilməz bir haldır. Buna görə də insanlar öz məsuliyyətini dərk etməli, özləri avtobus salonlarında tibbi maskadan istifadə etməyən şəxsləri qaydalara əməl etməyə çağırmalı və məsələyə yerində etirazlarını bildirməldirlər”.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi avtobuslarda qoruyucu tibbi maskadan istifadə edilməsi və sosial məsafəyə riayət edilməsi ilə bağlı mütəmadi olaraq çağırışlar edir və məlumatlandırıcı tədbirlər görür. Qurum tibbi maskadan istifadə etməyən sərnişin olduqda, avtobusların ümumiyyətlə hərəkət etməmələri ilə bağlı sürücülərə təlimat verib.


OXŞAR XƏBƏRLƏR

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...