“Vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmir” – Yeni tikililərdə çıxarış problemi

“Vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmir” – Yeni tikililərdə çıxarış problemi
Daşınmaz əmlak alarkən vətəndaşların üzləşdiyi əsas problemlərdən biri də yeni tikililər üçün "kupça”ların verilməməsidir. Bir neçə ildir ki, tikililərə çıxarışların verilməsi ilə bağlı müvafiq işlər görülsə də, hələ də xeyli sayda tikilidə problem aradan qaldırılmayıb.

Məsələ ilə bağlı Sfera.az-a danışan əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev binalara çıxarışların verilməməsinin büdcəyə və vətəndaşlara küllü miqdarda maddi ziyan vurduğunu bildirib:

"İllərdir ki, yeni tikilən binalara çıxarışın verilməsi problemli məsələyə çevrilib. Bu problemin həlli ilə bağlı 2019-cu ildə prezidentin tapşırığı ilə 400 yeni tikili binaya çıxarış verildi. Hətta həmin ili bəzi binalar var idi ki, onlar 10 ildir tikilməsinə baxmayaraq, çıxarış ala bilmirdi.  Lakin bu gün də çıxarış ala bilməyən binaların sayı çoxdur. Çoxmərtəbəli binalar tikilərkən aidiyyatı orqanlardan lazımı sənədlər alınır, möhürlər vurulur və bundan sonra tikintiyə başlanılır. Amma tikinti bitdikdən sonra çıxarışın alınması məsələsi müşkülə çevrilir.  Burada isə iki tərəf uduzur. Birinci tərəf həmin binadan mənzil alan vətəndaşlardır, ikinci tərəf isə dövlət büdcəsidir. Belə ki, binaya çıxarış veriləndə mənzillərin alqı-satqısı zamanı dövlətə vergi ödənilir, mənzil sığortalana bilir, ipoteka predmetinə çevrilib satışa çıxarıla bilir. Bütün bunların olmaması külli miqdarda gəlirdən məhrum olmaqla nəticələnir. Bundan başqa həm də vətəndaş öz mənzili üzrə qeydiyyata düşə bilmir”.

Ekspert xarci ölkə vətəndaşlarının ölkəmizdə daşınmaz əmlak sahəsinə sərmayə qoymaq istədiklərini, lakin çıxarış səbəbilə bunun alınmadığını da vurğulayıb:

"Xarici ölkələrdən Azərbaycana gələn vətəndaşlar var ki, daşınmaz əmlak bazarına yatırımlar etmək istəsələr də, çıxarışların olmaması səbəbilə mənzil ala bilmirlər. Mənzil alan şəxsin bina ilə bağlı məlumat toplaması üçün hansısa baza yoxdur, alıcı bina və mənzillə yox, onun sahibinin hansı keyfiyyətlərə malik olması ilə maraqlanır. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Bu kimi problemlər aradan qalxsa, bütün mənalarda həm vətəndaşlar həm də dövlət büdcəsi qazana bilər”.
 
Əzizə Zeynal
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Daha bir məktəbdə şagird özbaşınalığı – VİDEO

Son zamanlar orta məktəblərdə yaşanan qalmaqallı hadisələrin ardı-arası kəsilmir. Sfera.az xəbər verir ki, şagirdin müəllim tərəfindən döyülməsi, müəllimi...

Azərbaycanda fevralın 15-dən bu qadağalar tətbiq ediləcək - SİYAHI

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumat yayıb. Sfera.az xəbər verir ki, birgə məlumatda deyilir: "Mə...

“Rədd ol, dedim...” – Xruşov istirahətə gəldiyi Belarusiyada birinci katiblə niyə dalaşıb?

1964-cü ilin yanvar ayında Nikita Xruşovun Belarusiyaya səfəri planlaşdırıb. Səfər çərçivəsində baş katibin işgüzar görüşləri ilə yanaşı iki həftə Belarusiyad...

Şagirdlərin məktəblərdə nizam-intizamı pozmalarının qarşısı necə alına bilər? - Ekspertdən TƏKLİFLƏR

"Hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var. Bu tip hallar mütəmadi olduğundan, həmin şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar”.   Bunu ...

Roza Zərgərlinin məşhur "polkovnik"lə GÖRÜNTÜLƏRİ YAYILDI - FOTOLAR

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin Bakıda görüntüləri yayılıb. Sfera....

“Əvvəlcə sənədsiz evlər problemi həll edilməlidir, sonra qeydiyyat...” - Vətəndaşlar “hava”da qalacaq?

Son günlər polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşların qeydiyyatının ləğv edilməsi prosesi həyata keçirilir. Bu isə əksər insanlar tərəfindən ...