Vətəndaşın əlilliyinin dayandırılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

Vətəndaşın əlilliyinin dayandırılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov sosial şəbəkə hesabında vətəndaşın qarşı tərəfin mövqeyini öyrənmədən videomüraciət yaydığını bildirib.

Sfera.az xəbər verir ki, T.Qurbanov bu müraciəti əsassız hesab etdiyini yazıb.

"Əlillik sahəsindəki islahatları qərəzli mövqedən gözdən salmağa çalışan sosial şəbəkə istifadəçisi bu dəfə də qarşı tərəfin mövqeyini öyrənmədən əsassız videomüraciət yayıb.

Sağlamlıq vəziyyəti əlilliyə əsas verməyən bir şəxsə necə əlillik dərəcəsi təyin etmək olar? Hələ bu ilin martında Bakı şəhər sakini Yusifov Elbrus Yusif oğlu ilə bağlı e-sistemə daxil edilmiş göndərişin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub”, - o qeyd edib.

Şöbə müdiri bildirib ki, bundan sonra da son aylarda onun müraciəti əsasında iki dəfə (14 və 30 iyunda) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəsi aparılıb:

"Hər iki əyani müayinə zamanı da onun əlillik vəziyyətində olmadığı müəyyən edilib. Bu səbəbdən də əlillik təyin edilməsindən imtina qərarı qüvvədə saxlanılıb”.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nazirlər Kabinetindən koronavirusla bağlı YENİ QƏRAR

Nazirlər Kabineti  "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyi...

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib? - AÇIQLAMA

Ağdaş rayon sakini Məhərrəmova Nəzakət 21 yaşlı qızı Məhərrəmova Arzu Eldəniz qızının xəstəliyinə görə əlillik dərəcəsi ala bilmədiyini bildirib.   Sfe...

Qoca Səmədovun müsadirə olunan mülkləri - SİYAHI

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verib. Onun şikayətinə hazırda Şəki Apellyasiy...

Bu şəxslərə ŞAD XƏBƏR: 2-3 qat artıq maaş alacaqlar - VİDEO

Bəzi məmurlar şəhid və qazi ailələrini incidirlər. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. İclasda hərbçilərinin maaş...

Bu kateqoriyalara görə proqnozlaşdırılan pensiya məbləği - AÇIQLANDI

2022 və 2023-cü illərdə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə proqnozlaşdırılan pensiyaların məbləği məlum olub. Sfera.az bu barədə Hesablama pal...

“Əməliyyatın ilk günü tam əmin idim ki, Şuşanı təmizləyəcəyik” - Hikmət Mirzəyev

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm” studiyasının birgə istehsalı olan ...