Vətəndaşın “Bravo” marketdən aldığı soba partladı - FOTO

Vətəndaşın “Bravo” marketdən aldığı soba partladı - FOTO
 Bakı şəhər sakini Arzu Şahverdiyeva saytımıza ünvanladığı məktubunda "Bravo” marketdən şikayət edib. A.Şahverdiyeva bildirib ki, o, Neftçilər prospektində yerləşən "Bravo” marketdən soba alıb. Sobaya bir il zəmanət də verilib. Amma ötən ay aldığı soba dünən işləyərkən qəfildən partlayıb. 

Məsələ ilə bağlı "Bravo” marketə müraciət edən A.Şahverdiyeva sobanın bir illik zəmanəti olduğu üçün yenisi ilə əvəz olunmasını xahiş edib. Amma market vətəndaşın şikayətini təmin etməyib.  

Xatırladaq ki, Arzu Şahverdiyeva 1988-ci ildə anası Sura xanımla birlikdə ilk dəfə 14 ədəd Azərbaycan bayrağı tikərək meydana göndərən bayraqdar xanımdır. Moderator.az





OXŞAR XƏBƏRLƏR