Vətəndaş niyə 190 manat tələb edir, amma işləmək istəmir? – Ekspert səbəbləri açıqladı

Vətəndaş niyə 190 manat tələb edir, amma işləmək istəmir? – Ekspert səbəbləri açıqladı

"Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər. Bizim 26 mindən artıq vakant iş yerimiz var”.


Bu açıqlamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin avqustun 4-də keçirilən iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

 

 

Nazir müavini deyib ki, 190 manat proqramının ilkin icrası zamanı 200 min şəxs nəzərdə tutulmuşdu.

 

"Prezidentin tapşırığı il bu say 600 minə qaldırıldı. Mexanizm belədir ki, "Məşğulluq haqqında” qanuna əsasən, işsiz kimi qeydiyyatda olan şəxslərə ödəmələr düşür. Pandemiya dövründə işini itirən şəxslərə də işsiz statusunun verilməsini nəzərdə tutduq. Bundan sonra 16 bölgə üzrə xüsusi sərtləşdirilmiş karantin rejimi tətbiq edildi. Bu da nəzərə alınaraq vətəndaşlara sosial ödənişlər yenidən verildi. 2016-cı ildən həyata keçirilən ictimai işlər proqramını 90 minə qədər qaldırdıq”, - deyən A.Əliyev vurğulayıb ki, vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər. Nazir müavini problemi olan vətəndaşların dəvət olunaraq onlara mövcud qanunvericilik çərçivəsində müxtəlif işlər təklif olunduğunu, amma bir sıra halda vətəndaşların bu işlərdən imtina etdiyini söylədi: "190 manat ödənilməsini tələb edirlər. Məşğulluq Mərkəzi təklif edilən işdən imtina edən vətəndaşı işsiz kimi qeydiyyata almaqdan imtina edir”.


Bəs, niyə vətəndaşlar işləmək əvəzinə, 190 manatı tələb edirlər?


Sfera.az bildirir ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bunu bir neçə səbəblə əlaqələndirir. Onun fikrincə, təklif edilən işlərin münasib və layiq olmaması, yardım alanların bəzilərinin işləmək istəməməsi, həmçinin əmək haqqı səviyyəsinin aşağı olması belə vəziyyəti yaradıb. "Əsas məsələ təklif edilən işin münasib və layiqli olmasıdır”, - deyən S.Məmmədov işə marağın yaranmasında əmək haqqının səviyyəsinin də rol oynadığını bildirdi:

 

"Bəzən ixtisaslı işaxtarana, ixtisassız, yəni münasib və layiq olmayan iş təklif edilir. Belə işləri ixtisaslı işaxtaranlar qəbul etmir. Məsələn, hüquqşünasa kommunal təsərrüfat idarəsində süpürgəçi işini təklif etsəz, əlbəttə ki, o, imtina edəcək. Ona görə də çox adam təklif edilən işləri qəbul etmir. Hətta əmək yarmarkalarında da belə hallara rast gəlinir. İşaxtarana göndəriş verilir, gedib baxdıqda məlum olur ki, iş yeri münasib deyil və imtina edir. Bir qayda olaraq təklif edilən işlər yüksək maaşlı, uyğun olmur.

 

Elə vakansiyalar var ki, təklif edilən işaxtaranlar üçün münasib deyil. Məsələn, kənd yerində yaşayır, amma iş yeri rayondadır. Hər gün həmin iş yerinə gedənin yol xərci bir neçə manat olacaq və ayın başında aldığının yarısı yollara gedəcək.

 

Ünvanlı dövlət sosial yardım alanların da bəziləri iş təkliflərini qəbul etmir. Onların bəzilərinin rayonda öz təsərrüfatı olur. Həmin şəxslər 300-400 manatlıq işlə məşğul olub, başqa yerə gedib təsərrüfatından uzaq düşməkdənsə, ayda 200 manat alıb öz təsərrüfatı ilə məşğul olmağa üstünlük verir”.

S.Məmmədov qeyd etdi ki, Azərbaycanda iş yerləri məhduddur. O bildirdi ki, ölkə əhalisi cavan olduğundan işlə təminat hər zaman çətinlik yaradıb: "Əhalinin 64 faizinin yaşı 40-a qədər olan insanlardır. Ölkəmizin əhalisi cavandır, işaxtaranlar çoxdur. Əmək bazarına daxil olmaq istəyənlər çoxdur, tərk etmək istəyənlər isə azdır. Ona görə də ölkəmizdə iş tapmaq problemi həmişə olub, bundan sonra da olacaq.

 

Pandemiya şəraiti bu məsələləri bir qədər də pisləşdirdi. Özünüməşğul insanların, gündəlik qazanca işləyənlərin çoxu məşğulluğunu itirib. Buna görə də xüsusən qeyri-formal əmək bazarında bir qədər gərginləşmə var”.


 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...