Vətəndaş mənzilini bir manata satışa çıxarıb
Naməlum şəxs şəhər tipli Vorqaşor qəsəbəsində (Komi Respublikası) yerləşən mənzilini bir manata satlışa çıxarıb. Obyektin təsviri "Avito” portalında dərc edilib.
Sfera.az Lenta.ru-ya istinadla xəbər verir ki, bir otaqlı mənzil beşmərtəbəli panel binanın birinci mərtəbəsində yerləşir. Ümumi sahəsi 30 kvadratmetrdir.
"Birotaqlı mənzilimi bir rubla satıram, mənzil təmir olunmalıdır, həmin mənzilə ehtiyacım yoxdur, başqa şəhərdə yaşayıram",- deyə elan müəllifi açıqlayıb. Sözügedən şəxsin sosial şəbəkə hesabında Tatarıstanda yaşadığı qeyd olunub.
Qeyd edək ki, Vorgaşor qəsəbəsi 1964-cü ildə Vorqaşorsk kömür yatağının işlənməsi üçün zəruri olan şaxtanın inşası ilə əlaqədar salınıb. Vorgaşorun əhalisi 2000-ci illərin əvvəllərindən bəri durmadan azalır. Hazırda orada təxminən 9 min nəfər yaşayır.
Xatırladaq ki, sentyabrın əvvəlində Rusiyada mənzil növbəsinə duran vətəndaşlar üçün vahid sosial mənzil fondunun yaradıldığı məlum oldu. Həmçinin bildirildi ki, mənzilə daha çox ehtiyacı olan şəxslərə icarə müqaviləsinə əsasən fonddan mənzillər paylanacaq. Eyni zamanda, həmin insanlar icarə haqqını ödəmək üçün subsidiya da ala biləcəklər.
Selcan
Sfera.az