Vətəndaş bir maskanı günlərlə taxırsa... – Tibbi maskalar pulsuz paylana bilərmi?

Vətəndaş bir maskanı günlərlə taxırsa... – Tibbi maskalar pulsuz paylana bilərmi?
"Dövlətin imkanı varsa, maskaları pulsuz paylamalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında qoruyucu maskaların əhaliyə pulsuz paylanılmasının vacibliyi barədə son günlər səslənən təkliflərə münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
 
"Bu işin texniki tərəfidir. Arzularla imkanlar üst-üstə düşürsə, maskalar yaxşı olardı ki, pulsuz paylanılsın.  Bütün hallarda maska taxılması vacibdir. Onu pulsuz əldə etmək daha yaxşı olardı.  Pulsuz olmasa da o alınıb taxılmalıdır.  Bir sıra yerlərdə maskaların pulsuz paylanılması mümkündür. Amma bununla belə, pulsuz paylanılmasının kütləvi şəkil alacağını gözləmirəm”.

"ÜST fikrində səmimidirsə, buna getməlidir”

Bunu deyən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov da qoruyucu vasitələrin pulsuz verilməsinin tərəfdarıdır: "Maskanın doğrudan da virusdan qorunma vasitəsi olduğu təsdiqini tapırsa, Ümumdünya Səhiyyə Təşkilatı bu fikrində səmimidirsə,  bu halda maskaların pulsuz paylanılmasına mütləq rəvac vermək lazımdır. Belə olarsa, insanlar tez-tez maskaları da dəyişər. İndiki halda, maskanın satılması onu göstərir ki,  koronavirusla bağlı biznes istəkləri də var və bu istək hər şeyi üstələyir. Dünyanın qlobal qurumları onun pulsuz paylanmasına rəvac verməlidir. Bu halda virusla mübarizə daha effektli olar”.
 
"Pulsuz paylamaq israfçılığa səbəb olacaq”

Bu fikri əsas götürən maliyyə eksperti Əkrəm Həsənovisə sözügedən addımın effektiv olacağı qənaətində deyil: "Dövlətin maskaları pulsuz paylamağa imkanları var.  Amma adətən, ölkəmizdə nəyisə pulsuz təqdim edəndə, israfçılığa yol verilir, necə gəldi istifadə edirlər. Belə olan halda isə yeyintilərin olacağı da istisna deyil. İşin bu tərəfindən qorxuram. Bu nöqteyi-nəzərdən maskanın pulsuz paylanılmasını effektiv hesab etmirəm”.

"Bu iş özəl sektora həvalə edilməlidir”

Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib: "İnkişaf etmiş ölkələrdə maskaların pulsuz verilməsi prosesinə daha çox özəl sektor dəstək olur. Çünki özəl sektorun korporativ sosial məsuliyyəti var. Avropada özəl şirkətlər öz vəsaitləri hesabına vətəndaşların daha çox istifadə etdiyi yerlərdə pulsuz maskaların təqdim edilməsini həyata keçirirlər. Ölkəmizdə də bu işə özəl sektorun könüllü şəkildə cəlb edilməsi daha məqsədəuyğundur. Maska istehsal edən şirkətləri təşviq etmək, subsidiya ayırmaqla bu istiqamətdə onların xərcini azalda bilərik.  Belədə maskanın qiyməti də düşər”.

Elçin
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...