Vətəndaş 40 günə 1 maska istifadə edirmiş – Açıqlanan statistika etirazlara səbəb oldu
10:57 / 16.04.2021
5526
"Keçən ilin mart ayından bu ilin martına qədər
ölkədə 77 milyon 600 min tibbi maska satılıb”.
Sfera.az-ın məlumatına görə, bunu
iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O
qeyd edib ki, ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşların maska taxmadığı
nəzərə alınsa, təqribən, 8,5 milyon əhali il ərzində maska taxmalı idi:
"Tibbi maskaları hər 2-3 saatdan bir dəyişmək
lazım olduğu deyilir, ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində, ən azı, 3
maska dəyişməli idi. Deməli, gün ərzində 8,5*3= 25,5 milyon ədəd, ay ərzində
765 milyon ədəd, il ərzində isə 9 mliyard 180 milyon ədəd maska istifadə edilməli
idi. Bizdə 1 ilə 77,6 milyon maska
satılıb, ilə 1 nəfərə 9 maska düşür.
Deməli, orta statistik vətəndaş 40 günə 1
maska istifadə edib - bu bilirsiz nə deməkdir?! Maskadan belə istifadə, nəinki,
virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır”.
Ekspertin sözlərinə görə, əhaliyə pulsuz maska
paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm
də sağlamlıq üçün təhlükəsiz olsun:
Günay