Vətən naminə qayıdış
Azərbaycan müstəqillik əldə etdikdən sonrakı ilk dövrdə müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan 1993-cü ilin iyununda hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı.
Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət və səlahiyyət savaşına çıxması həm siyası böhrana səbəb olmuş, həm də Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmişdi. 1993-cü ilin iyununda – Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Siyasi hərc-mərclik, vəzifə bölgüsü, özbaşınalıq baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. O dövrün başabəla rəhbərləri çıxılmaz vəziyyətdən hansı tədbirlərigörəcəklərindən daha üstün öz şəxsi maraqları naminə iş aparırdılar. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan bir qrup vəzifəpərəst sovet hakimiyyəti illərində toplanmış xalq əmlakınatalayırdılar. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. Cəbhə düşmənin üzünə açıq idi. Babalarımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər.
Bəli, 1993-cü ildə xalqın təkidi ilə Bakıya gələn liderimiz Heydər Əliyev Azərbaycanı parçalamaqdan xilas etdi. Bu gün ki, müstəqil Azərbaycanın banisi məhz Heydər Əliyevdir. Dahi Heydər Əliyev xalqın ümüdünü doğrultdu. Heydər Əliyevin vətən, xalq qarşısında ən böyük xidməti müstəqil Azərbaycan dövlətinin parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarması, müstəqilliyimizi əbədi və dönməz etməsidir. Məhz onun nəhəng fəaliyyəti nəticəsində Azərbaycan suveren dövlət kimi inkişaf etmiş, möhkəmlənmiş və dünya birliyində layiqli yerini tutmuşdur. Ona görə də biz haqlı olaraq deyirik ki, Heydər Əliyev müstəqil dövlətçiliymizin qurucusudur, bu günkü güclü, inkişaf edən Azərbaycan dövləti Böyük siyasi xadim Heydər Əliyevin şah əsəridir. Ulu öndərimiz Heydər Əliyev əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış, siyasətçilərdən, dövlət xadimlərindəndir. Azərbaycan dövlətinin bütün uğurlarının təməlində ulu öndər Heydər Əliyevin müdrik siyasəti, möhtəşəm siyasi kursu dayanır.
Bu gün Azərbaycanın adı bütün göstəricilərə görə dünyada lider ölkələr sırasında çəkilir. Prezident İlham Əliyev müasir, qüdrətli, Azərbaycanı inkişaf etdirir. Sabahkı günlərimizdə sosial –rifahımızın artırılması naminə görülən işlər göz önündədir. Xalqımızın gələcəyi, gənc nəslin daha firavan yaşaması üçün lazımi tədbirlərin görülməsi və ölkəmizdə olan sabitlik bizləri bu siyasətə ulu öndərimiz Heydər Əliyev ideaylarına etibar etdiyimiz üçün yanılmadığımızı bir daha əyani subutudur. Prezidentimiz cənab İlham Əliyevin qətiyyəətli xarici siyasəti nəticəsində torpaqlarımzda işğaldan azad olunacağına tam əminliklə inanırıq. Bu gün Prezident İlham Əliyevin idarəçiliyi iləhər bir sahədə uğurlu islahatlar aparılır,Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevada bu islahatlara öz dəstəyini verir və vətəndaşlarımızın daha yaxşı yaşaması üçün lazımı işlər görülür. Ulu öndərimiz Heydər Əliyev uzunmüddətli dövr üçün müəyyən etdiyi strateji xətti bacarıqla inkişaf etdirilir.
XALQ.AZ
Zaur MİRZƏ-ZADƏ