No Image
No Image

Vətən müharibəsinin molokan döyüşçüləri ilə görüş keçirildi - FOTOLAR

Vətən müharibəsinin molokan döyüşçüləri ilə görüş keçirildi - FOTOLAR
İsmayıllı rayonun İvanovka kəndində Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.
 
Sfera.az xəbər verir ki, tədbirdə RİH-nin başçısı, icra hakimiyyətinin əməkdaşları və Nikitin adına kolxozun əməkdaşları iştirak edib.

Rayon rəhbərliyi görüş zamanı bildirib ki, Vətən müharibəsində ölkəmizin digər azsaylı xalqları ilə yanaşı rus (molokan) icması da fədakarlıq və rəşadət göstərib, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıblar:
 
"Vətən müharibəsində iştirak edən 5 nəfər döyüşçü tərxis olunub, hazırda 3 nəfər molokan sakinimiz isə Milli Orduda xidmətini davam etdirir".
 
Molokan döyüşçülərinin İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqdan hələ çox danışılacağını qeyd edən rayon rəhbəri xatırladıb ki, arxa cəbhədə də İvanovka kəndinin sakinləri orduya dəstək aksiyaları keçirib həmçinin, ön cəbhəyə yardım göndərilməsində könüllü iştirak ediblər:

"Eyni zamanda qeyd edək ki, İkinci Qarabağ müharibəsində İvanovka kəndindən bir nəfər sakinimizdə şəhidlik zirvəsinə ucalıb. Allahdan onun yaxınlarına səbir arzulayırıq".

Vətən müharibəsi iştirakçıları da öz döyüş təsürratlarından və keçdikləri zəfər yolundan danışıblar. Səmimi keçən görüşdə döyüşçülər uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində azad edildiyini, bu yolda canlarından keçmiş şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırıblar. Həmçinin müharibədə baş verən xatirələrindən söz açaraq qeyd ediblər ki, doğulub böyüdükləri özlərinə vətən bildikləri Azərbaycan torpaqlarına biganə qalmayıb könüllü döyüşlərdə iştirak ediblər. Bildiriblər ki, ermənilər güclü Azərbaycan ordusunu qarşılarında gördükdə, mövqelərini tərk edərək qorxaq kimi qaçırdılar. 

Rayon İcra Hakimiyyətinin başçısı görüşdə bildirib ki, dövlət tərəfindən şəhid və qazilərimizin ailələlərinə daim diqqət və qayğı ilə yanaşılır. RİH başçısı döyüşçülərin hər hansı bir problemləri varsa, həll etməyə hazır olduğunu vurğulayıb.

Döyüşçülər də öz növbəsində problemlərinin olmadığını, kolxozda işləmək istədiklərini bildiriblər. Onların bir qismi isə Bakıda və kolxozda işlədiklərini deyiblər. Onlar yaradılan şəraitə və göstərilən diqqətə görə dövlət başçısı cənab İlham Əliyevə və ölkənin Birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, multikultiralizmliyi və tolerantlığı ilə dünyaya nümunə olan Azərbaycanın ən multikultural rayonlarından biri də İsmayıllı rayonudur. Burda bir neçə azsaylı xalqlar bir-biri ilə yaxın qonşuluq, səmimi dostluq şəraitində yaşayırlar.
 



Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycandan 5 milyardı kimlər çıxardıb? - SENSASİYA

2020-ci ilin yayında Mərkəzi Bank "AGBank”ın ləğvi haqda qərarını açıqladı. Qərarda qeyd olunurdu ki, "AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmı...

Tanınmış şirkət rəhbərinin ailə üzvlərinin də mülkünə həbs qoyuldu

Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyi üçün binalar tikən "KAT Holdinq”in rəhbəri Elçin Ələkbərovun cinayət işi üzrə istintaq davam edir. Sfera.az-ı...

Faktiki hava şəraiti açıqlandı - Bu ərazilərə hələ də qar yağır

Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, fevralın 24-ü saat 20:00...

İsmayıllıda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar flaşmob keçirildi - FOTO

Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş flaşmob keçirilib. Sfera.az xəbər verir ki, ölkənin hər yerində olduğu kimi İsmayıllı rayonunda da Xocal...

Vahid vəsiqə nə vəd edir?

Azərbaycanda uzun illər media sahəsinə və onun inkişafına nəzarət sistemini Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu həyata keçirirdi. KİVDF ...

Əfv Komissiyasının növbəti iclası: 150-dən çox müraciətə baxıldı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Sfera.az-ın məlumatına görə, iclasda əfvlə bağlı 150-dən çox ...