No Image
No Image

Vətən Müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçu ehtiyata buraxıldı - FOTO

Vətən Müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçu ehtiyata buraxıldı - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən Müharibəsinin iştirak­çısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə "Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hər bir sərhədçinin Azərbaycan Respubli­kasının Prezi­den­ti, Azərbaycan tarixinin ən böyük sərkər­dəsi İlham Əliye­vin Müzəffər Ali Baş Koman­danlığı altında möhtəşəm Zəfəri gerçək etmiş Azərbaycan Si­lahlı Qüvvələrinin qalib əsgəri olması ilə, müqəddəs tor­paqları­mızın azad olun­ma­sında işğalçı düş­mən qüv­və­lərinə qar­şı şərəflə döyüş­məsi ilə, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət apar­ması ilə qürur duymasını xüsusi vurğulayıb.

DSX-nin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən Müharibəsində böyük rəşadət və qəhrəmanlıqla vuruşmaları, Ali Baş Komandan, Vətən və Dövlət qarşı­sında vəzifələrini əzm və fədakarlıqla icra etmələri, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunub.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşmən­dən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edə­rək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi ola­raq yad­daşlara həkk olunduğu və hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.

Vətən Müharibəsi başa çatdıqdan sonra ölkəmizin İran İslam Respublikası və Ermənistan ilə işğaldan azad edilmiş dövlət sərhədi boyu bərpa edilən və yeni yaradılan sərhəd zastavalarında, sərhəd-döyüş məntəqələrində çox mü­rək­kəb relyef və iqlim şəraitində şərəflə xidmət etdiklərinə, dövlət maraqlarımızı ləyaqətlə müdafiə etdiklərinə görə ehtiyata buraxılan sərhədçi çavuş və əsgər­lərə, bu cür övlad tərbiyə etdiklərinə görə onların valideynlərinə minnətdarlıq ifadə olunub.

Vətən Müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, müqəddəs sər­hədlərimizi qorumaq şərəfinin daşıyıcısı olan Azərbaycan sərhədçi­lərinin Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları hər zaman layiqincə icra etmələri xüsusi qeyd olunub.

Təltif edilən hərbi qulluqçular adından çıxış edən əsgər Sadiqov Sadiq Eldəniz oğlu xidməti fəaliyyətlərinə ən ali səviyyədə verilən qiymətə görə min­nət­dar­lıqlarını bildirib, ehtiyata buraxıldıqdan sonra da Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüv­və­lərimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müsəlləh əsgərləri olaraq qalacaqlarına və sərhədçi şərəfini qürurla daşıyacaqlarına söz verib.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhə­ri­nin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Res­pub­likasının Pre­zi­denti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhədçilərə orden və medallar təqdim olun­ub.

Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çə­kil­miş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Görün siz hansı əxlaqın sahibləri ilə parlament kreslolarını bölüşürsüz" - Jurnalistdən deputatlara çağırış

"Cibində 5 manata aldığı jurnalist vəsiqəsi gəzdirən hansısa qotur bir nalayiq hərəkət edəndə, deputat korpusu az qala bütün medianı hədəfə alır. Hətta jurnalis...

Parlament sədrləri Şuşada - FOTOLAR

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistanın Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərl...

ABŞ qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsilə tanış oldu - FOTOLAR

ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib. Kənd Təsərrüfatı Na...

Məşhur azərbaycanlı iş adamı vəfat etdi - FOTO

Azərbaycanlı iş adamı vəfat edib. Bu barədə İstanbulun "Florence Nightingale” klinikası məlumat yayıb. Bildirilib ki, tanınmış azərbaycanlı iş adamı...

Peyvənd olunmayan bəy və gəlin toya buraxılmadı - FOTO

Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi davam edir. Sfera.az xəbər verir ki, növb...

Nərimanov rayonunda mobil qrupların fəaliyyəti davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının və onun t...