Vətən müharibəsində zərər çəkmiş daha 5 min ailəyə yardım veriləcək

Vətən müharibəsində zərər çəkmiş daha 5 min ailəyə yardım veriləcək
Vətən müharibəsində evi tam dağıdılmış və qəzalı vəziyyətə düşmüş daha 5 mindən artıq ailəyə ilkin yardım verilməsi nəzərdə tutulur.

Sfera.az xəbər verir ki, bu barədə açıqlamasında Nazirlər kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur. (APA)

OXŞAR XƏBƏRLƏR