No Image
No Image

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTOLAR

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTOLAR

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı "İskəndər” raketlərindən istifadə edib.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) nümayəndəsi Caliber.az-a müsahibəsində bildirib.

- Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı "İskəndər” raket kompleksindən istifadə etdiyini bildirdi. Son günlərdə bu məsələ yenidən erməni mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar tirajlanmağa başlayıb. Bu cür açıqlamaları necə şərh edərdiniz?

 

- Bu cür açıqlamaları şərh etmək bizim səlahiyyətimizdən kənardır.

- Bəlkə işçiləriniz hər hansı bir raket parçası tapıblar?

- 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində Minaların Təmizlənməsi Agentliyi mina təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini davam etdirir. 15 mart 2021-ci il tarixdə şəhərdə agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı iki partlamış raketin parçaları tapılıb.

- Qalıqların tapıldığı yerin koordinatlarını verə bilərsinizmi?

- Raket parçalarının coğrafi koordinatları belədir: 39 ° 45'38.10 "N 46 ° 44'33.90” E və 39 ° 45'27.80 "N 46 ° 45'25.80”E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsini (9M723) araşdırarkən onun qalıqlarının "İskəndər” raket sisteminə aid olduğu aşkar edilib.

Hətta açıq internet mənbələrində axtarış apararkən belə 9M723 eyniləşdirmə nömrəsinin "İskəndər” raketinə aid olduğunu müəyyən etmək mümkündür.

Bütün bunlar Vətən müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı "İskəndər” raketlərindən istifadə etdiyini təsdiqləyir.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTOLAR

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı "İskəndər” raketlərindən istifadə edib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlən...

4 aydır başında güllə ilə yaşayan xüsusi təyinatlı - FOTOLAR/VİDEO

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti dörd aydır ki, erməni snayperin onu alnından vurduğu gülləni öz başında gəzdirir. Baş leytenant Zaur M...

Şəhidin həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Bu gün Azərbaycanda Vətən müharibəsində şəhid olan hərbçilərin anım günüdür. Vətən uğrunda canından keçən qəhrəmanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin...

Prezidentin “Figaro” qəzetinə müsahibəsi - TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "Figaro” qəzetinə müsahibə verib.  Sfera.az  müsahibəni təqdim edir. -Cənab Prezident, ...

Hikmət Hacıyev “Ukraina-24” telekanalına müsahibə verib - FOTO

 Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hər...

Bir neçə aya 30 kq arıqlamaq? Bankirin reseptini oxuyaq!

  Sonuncu dəfə nə zaman kiminləsə yarışa girmisiniz? Siz bu suala cavab axtardığınız bir vaxtda, sizə bir sirr açım: həmkarımız Emil Düşdurov bunu etməy...