Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq - RƏSMİ

Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq - RƏSMİ
Azərbaycanda Vətən Müharibəsi Qəhrəmanlarının büstləri qoyulacaq.

Sfera.az xəbər verir ki, bununla bağlı qərar Nazirlər Kabinetinin təsdiqlədiyi "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə "iki dəfə” şərti çıxarılıb. Belə ki, indiyədək şəhid adının əbədiləşdirməsi üçün yerli rayon (şəhər) icra hakimiyyəti orqanları iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurdular.

Bu dəyişiklik yerli rayon (şəhər) icra hakimiyyəti orqanlarının Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoymasını ehtiva edir.

Bundan başqa, dəyişikliklə Vətən Müharibəsi Qəhrəmanlarına da  büstlər qoyulacaq.

Qərardakı bir başqa dəyişiklik Vətən Müharibəsi Qəhrəmanı olan şəhidlərin adlarının küçələrə, meydanlara verilməsini ehtiva edir.

Yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Vətən Müharibəsi Qəhrəmanı olan şəhidlərin adlarının təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldıracaq.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ən azı iki ordenlə təltif olunmalarına dair şərt də ləğv olunub.

Bunadək isə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirdilər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırırdılar.


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...