Vətən Müharibəsi qəhrəmanlarına bu güzəştlər ediləcək - SİYAHI

Vətən Müharibəsi qəhrəmanlarına bu güzəştlər ediləcək  - SİYAHI
Nazirlər Kabineti "Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslərlə bağlı qəbul etdiyi qərarın izahını verib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, Vətən Müharibəsi Qəhrəmanları üçün aşağıdakı güzəştlər nəzərdə tutulur:

1. Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər:
1.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar.
1.2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.
2. Təhsil müəssisələrində milli qəhrəmanlara, şəhidlərə, müharibə iştirakçılarına aid stendlər, guşələr, muzeylər təşkil olunacaq.
3. Məcburi köçkünlər müvəqqəti yaşayış sahəsi ilə təmin olunarkən ailənin sayı, sosial tərkibi (şəhid ailələri, başçısını itirmiş ailələr, Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xəstəsi daimi qulluq tələb edən ailələr, Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları, ailənin cinsi tərkibi, yaş fərqləri və s.) nəzərə alınacaqdır.
4. Vətən Müharibəsi Qəhrəmanları olmuş şəxslər vəfat etdikdə (həlak olduqda), onlara müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram göstəriləcəkdir.
5. Vətən Müharibəsi Qəhrəmanları xüsusi mühafizə olunan təbiət ərazisinə giriş zamanı ödənişdən azad edilirlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyası Azərbaycanın Vətən Müharibəsi qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasına dair təkliflər hazırlayacaqlar.


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...