Vətən müharibəsi qazisinin problemi həll olundu – VİDEO

Vətən müharibəsi qazisinin problemi həll olundu – VİDEO
Azərbaycan Ordusunda şərəfli xidmət göstərərək, Vətən müharibəsində qəhrəmanlıq yolu keçən igidlərimizdən biri də kiçik çavuş Yaqub Qəhrəmanlıdır.

O, N saylı hərbi hissənin minaatan batereyasında sanitar təlimatçısı, tibb xidməti çavuşu kimi xidmət edib. Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. Kiçik çavuş Qəhrəmanlı döyüşdən yaralı əsgəri çıxararkən mərmi partlayışı zamanı yaralanıb. Yaqub Qəhrəmanlı "Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Bu barədə "Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qazi bugünlərdə fərdi yaşayış evinin həyətinin giriş hissəsində qapı keçidinin qurulması ilə bağlı "Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən müraciət edib. Şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi diqqət ayıran Birlik tərəfindən qısa bir müddət ərzində onun müraciəti də təmin olunub.

Qeyd edək ki, feysbuk sosial şəbəkəsi vasitəsilə həm Birliyin səhifəsinə, həm də baş direktor Ruslan Əliyevin səhifəsinə çoxsaylı müraciətlər daxil olur. Onlar sistemləşdirilir, araşdırılır və ilk növbədə qazi, şəhid, aztəminatlı ailələrin qaz təchizatı məsələləri icra üçün müvafiq strukturlara yönəldilir.
 


OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...