Vergidən yayınanları hamı tanıyacaq - VİDEO

Vergidən yayınanları hamı tanıyacaq - VİDEO

Vergi ödənişi zamanı qaydaları gözardı edən və üzərində şübhə qalan ödəyiciləri hamı tanıyacaq. Bu, Vergi Məcəlləsinə əlavə edilən son dəyişikliklərdə öz əksini tapıb.

Sfera.az xezerxeber-ə istinadən bildirir ki, riskli vergi ödəyiciləri barədə məlumat kommersiya sirri kateqoriyasına aid edilməyəcək. Onların siyahıları Dövlət Vergi Xidmətinin internet saytında açıqlanacaq və hər bir vergi ödəyicisi başqa bir vergi ödəyicisi ilə müqavilə bağlayarkən onun bu siyahılarda mövcud olub-olmaması ilə bağlı araşdırma aparacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu dəyişiklikdə əsas məqsəd qanuni iqtisadiyyatın dairəsinin genişləndirilməsidir.

Eskpert qeyd edir ki, vergidən toplanan vəsaitlər bütün vətəndaşların həyat şəraitinə təsir etdiyindən riskli vergi ödəyicilərinin adının ictimailəşdirilməsi önəmlidir. Bu həm də ödəyicilərin bir növ imic məsələsinə çevriləcək.

 

şad Həsənov bildirir ki, növbəti mərhələ kimi həmin şəxslərin dövlət satınalmalarından uzaqlaşdırılması da həyata keçirilə bilər. Bu isə maliyyə fəaliyyəti şəffaf olmayan şəxslərin dövlət satınalmalarının sonrakı risklərini öncədən aradan qaldırmış olar.

Qeyd edək ki, hansı şəxslərin riskli vergi ödəyicisi olmasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müəyyən edəcək. Onların həmin siyahılardan çıxarılması qərarını da Dövlət Vergi Xidməti verəcək. Riskli vergi ödəyiciləri çatışmazlıqları aradan qaldırmasalar onların barəsində maliyyə sanksiyaları da tətbiq oluna bilər. Buna görə ekspertlər vergi ödəyicilərinə bu siyahılara düşməmək üçün şəffaf vergi hesabatları ilə işləməyi tövsiyə edirlər.




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...