Vergidən büdcəyə 7,4 milyard vəsait daxil olub - Mikayıl Cabbarov
18:26 / 18.01.2021
2998
Keçən il Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manata yaxın vəsait daxil olub.
Sfera.az-ın məluamtına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkəmizin qüdrəti və vətəndaşlarımızın sosial rifahıdır:
"Vergiləri vaxtında və tam ödəyən hər vergiödəyicisinin dövlətin tərəqqisində payı var" - deyə, nazir bildirib.