Vergi Məcəlləsinə dəyişikliklərin üstünlükləri haqqında - MÜSAHİBƏ

Vergi Məcəlləsinə dəyişikliklərin üstünlükləri haqqında - MÜSAHİBƏ

1 yanvar 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bir sıra dəyişikliklər qüvvəyə minib.

Bu dəyişikliklər nədən ibarətdir və sahibkarlara hansı üstünlükləri qazandırır?

Bu barədə müsahibəsində vergi məsələləri sahəsində tanınmış ekspert Emin Səttarov məlumat verib.

 

- Yeni Vergi Məcəlləsinə düzəlişlər daha çox hansı kateqoriyaya təsir edir?

- Təsir dairəsinə düşənlər daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və muzdlu işçilərdir, deyə bilərik. Düzdür, Vergi Məcəlləsi birbaşa sahibkarlıq fəaliyyətini tənzimləyir, amma eyni zamanda, sahibkarlıq fəaliyyəti olmayıb, gəlir əldə edən şəxslər var ki, bunlara icarə, dividend, əməkhaqqı aid edilə bilər, ümumilikdə Azərbaycan dövlətinin hüdudları daxilində azadolmalar istisna edilməklə, əldə olunan gəlirlər üzrə vəziyyəti nizamlayır.

2019-cu ildən Vergi Məcəlləsinə edilən dəyişikliklər də daxil olmaqla, bir çox müddəalar işlək vəziyyətdədir, ancaq elə keçid müddəalar var ki, onlar üç aydan və ya bir ildən sonra qüvvəyə minəcək. "Bu məcəllə daha çox kimlərə təsir etdi?” deyə soruşdunuz, sahibkarları götürsək, daha çox mikro və kiçik sahibkarlara hədəfləndi, orta və iri sahibkarlıq isə vergi münasibətləri baxımından əvvəlki vəziyyətində qaldı.

- Niyə dövlət bu dəyişikliyi daha çox mikro və kiçik sahibkara tətbiq etdi?

- Çünki onlar sənədləşmədən tam kənarda idi, uçotu sadələşmiş qaydada aparırdı, gəlir və xərc prinsipi ilə işləmirdi. Buna görə də iri ödəyicilərdən aldıqları malları sənədsiz almağa meyilli idi. Ümumi dövriyyədən vergi verdiyinə görə, eyni zamanda, özünün uçotunu aparmamaqla yanaşı, qarşı tərəfin - iri vergi ödəyicisinin satdığı məhsulların uçotunu aparmamasına da şərait yaratmış olurdu.

Yeni məcəllə kiçik vergi ödəyicisini tənzimləməklə, əslində, artıq böyük sahibkarın da işini tam nəzarətdə saxlamağa imkan yaradır. Artıq iri sahibkarlar sənəd əsasında malını satmaqda əziyyət çəkməyəcəklər, çünki əgər indi, əvvəlki kimi, qeyri-rəsmi mal almaq istəsəniz, alış sənədi olmadığına görə 10 faiz sanksiya tətbiq ediləcək, odur ki, rəsmi qaydada almağa məcbursunuz.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırıldığı üçün gəlir-xərc prinsipi ilə işlədiyinizə görə uçot aparmaqda da daha çox maraqlı olacaqsınız. Unutmayın, bir ölkədə ki sadələşdirilmiş verginin tətbiq sahəsi genişdir, burada uçot çox çətin bir vəziyyətə düşür.

- Sual yaranır: niyə?

- Çünki həm 20 faiz vergi ödəyicisi, həm də dörd faiz ödəyicisi vardı, bu da neqativ hallara imkan yaradırdı. 20 faizin ödəyicisi qəsdən dörd faiz ödəyicisindən xidmət qəbul edirdi ki, mənfəətdə və ya gəlirdə 16 faiz qabağa düşsün. Ona görə də bu neqativ halların aradan qaldırılması üçün dövlət qərar verdi ki, artıq sadələşmiş qaydada uçot aparanların əhatə dairəsini daraltsın.Oxu.Az 


 



OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...