Venesuelada “Qarabağ Azərbaycandır!” şüarı səsləndirildi - VİDEO
10:48 / 21.06.2021
1402
İyun ayının 21-24 tarixlərində Venesuelada dünya xalqlarının iki yüzillik konqresi keçiriləcək.
Sfera.az bildirir ki, bu barədə ölkəmizi həmin konqresdə təmsil edən Mahir Qurbanov məlumat verib.
Onun sözlərinə görə, konqresin keçirilməsində məqsəd dünya xalqlarını bir araya toplamaq, Venesuelaya dəstək olmaq, eləcə də dost ölkələri tanımaqdır.
Məlumata görə, sözügedən konqresin iştirakçısı olan gənclər "Qarabağ Azərbaycandır!” şüarını da səsləndiriblər.
Türkan
Sfera.az