Velosipedçini maşın vurub öldürdü
00:21 / 15.10.2021
2214
Salyanda velosipedçini avtomobil vuraraq öldürüb.
Sfera.az-ın məlumatına görə, rayonun Noxudlu kənd sakini, 45 yaşlı Raqif Orucov velosipedlə hərəkətdə olan zaman onu "Mercedes” markalı minik avtomobili vurub.
Ağır xəsarətlər alan R.Orucov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
(Qafazinfo)