Velosipedçimiz Ukraynada çempion oldu
21:15 / 27.07.2020
3557
Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının və "Bahrain Cycling Academy” kontinental klubunun üzvü, Tokio Yay Olimpiya Oyunlarında qrup ötüşməsində çıxış edəcək Elçin Əsədov Ukraynanın Odessa şəhərinin Açıq çempionatının qalibi olub.
Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Əsədov həm 15 km-lik fərdi ötüşmədə, həm də 90 km-dən ibarət qrup ötüşməsində 1-ci yeri tutub.
Beləliklə, o, iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.