Vəkil: \"Layihələndirmə şirkətlərinin verdiyi sənəd ev tikintisi üçün hüquqi əsas vermir\"

Vəkil: \
 

Qanunsuz, sənədsiz tikililər problemi zaman-zaman cəmiyyətdə müzakirə olunan ən aktual mövzulardan biridir. Vətəndaşlar xüsusi mühafizə zolağında, yaxud kommunikasiya xətlərinin keçdiyi ərazilərdə evlər tikir. Əksər hallarda bu evlərin heç bir sənədi olmur. Bəzən isə hansısa şirkətin hazırladığı sənəd əsas götürülərək ev tikilir. Bu məsələdə vətəndaşların məlumatsızlığı da problem yaradır. Belə ki, ev tikmək üçün bir neçə sənəd tələb olunduğu halda bir sənədlə vətəndaş ev tikdirir və nəticədə həmin sənədin heç bir hüquqi qüvvəsinin olmadığı üzə çıxır. 

Sfera.az xəbər verir ki, tikinti sahəsi üzrə ekspert, vəkil Vamiq Şükürov reporta bildirib ki, layihə smeta bürolarının vətəndaşlara verdiyi sənəd sadəcə olaraq fərdi yaşayış sahəsi tikmək üçün qanunvericiliklə tələb olunan sənədlərdən biridir: "Tikinti və Şəhərsalma Məcəlləsi tələb edir ki, fərdi yaşayış sahəsi tikilməmişdən əvvəl digər sənədlərlə birlikdə həmin evin layihəsi çəkilməlidir. Bu layihəni də Fövqəlada Hallar Nazirliyindən lisenziya alan layihələndirmə şirkəti verməli və təsdiq etməlidir. Vətəndaş torpağın mülkiyyət sənədini, notarial qaydada təsdiq olunmuş "kupça”sını, şəxsiyyət vəsiqəsini həmin layihə ilə birlikdə ərizəyə əlavə edib, aidiyyatı üzrə Rayon İcra Hakimiyyətinə göndərməlidir. İcra Hakimiyyəti də həmin ərizəyə, layihəyə baxıb, onun sənədlərinin qaydasında olub-olmadığını yoxlamalıdır. Yəni ki, İcra Hakimiyyəti torpağın "kupça”sı varsa, layihə tikinti standartlarına uyğundursa layihələndirmə sənədlərinə baxıb fikir bildirir, uyğunluğu müəyyənləşdirir. Əgər sənədlər uyğundursa, digər sənədlər də yerindədirsə, İcra Hakimiyyəti irad tutmursa, qanuna əsasən, 15 gün ərzində vətəndaş tikintini həyata keçirə bilər. Tikinti həyata keçirildikdən sonra isə bu sənədlərlə "kupça” ala bilər. Yəni bu sənədin mahiyyəti bundan ibarətdir”.

 

Vamiq Şükürov

Vəkil Vamiq Şükürov:

"Layihələndirmə sənədidir tikintini həyata keçirmək üçün qanunda tələb edilən sənədlərdən sadəcə biridir, "kupça” sayılmır".

 

Vəkil qeyd edib ki, layihəndirmə şirkətlərinin verdiyi sənəd ev tikintisi üçün hüquqi əsas vermir:

"Bu sadəcə olaraq tikintini həyata keçirmək üçün qanunda tələb edilən sənədlərdən biridir, sadəcə olaraq layihələndirmə sənədidir, "kupça” sayılmır”.


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...