Vəkil: “Hər bir sərnişin maska taxmayan şəxslərə iradı bildirməlidir”

Vəkil: “Hər bir sərnişin maska taxmayan şəxslərə iradı bildirməlidir”
 

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Bakıda tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı metropoliteninin də fəaliyyəti iyulun 20-dək dayandırılıb.

Bu zaman əsas yük şəhərdaxili marşrut və ekspres xətt avtobuslarının üzərinə düşür.

Sosial şəbəkələrdə avtovuslarda qoruyucu tibbi maskadan istifadə etməyən sərnişinlərin olması ilə bağlı fotolar paylaşılır.

Vəkillər Kollegiyasının üzvü Yeganə Məmmədova "Report”a açıqlamasında bildirib ki, bu cür foto və videoların yayılmasının özü də bir qınaq vasitəsidir.

"Maskadan istifadə etmədiyinə, sosial məsafə qaydalarına riayət etmədiyinə görə sosial şəbəkələrdə foto və videolarının yayıldığını görən vətəndaş, çox güman ki, növbəti dəfə belə hallara yol verməkdən çəkinəcək.

Lakin bu çəkilişləri edən vətəndaş öz üzərinə düşən işin bundan ibarət olmadığını da bilməlidir. Təsadüfi deyil ki, aidiyyatı qurumlar özləri virusun daha geniş yayılmasının qarşısının alınmasının vətəndaş məsuliyyətindən asılı olduğunu bildirirlər.

Belən olan halda isə hər bir vətəndaş tətbiq edilən qaydalara riayət etməklə yanaşı, bu qaydanı pozanlara da öz iradlarını bildirməlidir. Hesab edirəm ki, fərdi qaydada aparılan maarifləndirmə daha faydalıdır.

Odur ki, hər bir vətəndaş qaydalara riayət etməyən şəxləri gördükdə də onlara etiraz etməli, bu cür halların xəstəliyin daha geniş yayılmasına şərait yaratdığını bildirməlidir. Ümumiyyətlə bu bəladan qurtulmağın yollarından biri də məsuliyyətli olmaqdan asılıdır” – deyə vəkil bildirib.


 

 

OXŞAR XƏBƏRLƏR

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...