Vəfa ana olacağını niyə gizlədir? - “Açıqlama vermək istəmirəm” - VİDEO - FOTO

Vəfa ana olacağını niyə gizlədir? - “Açıqlama vermək istəmirəm” - VİDEO - FOTO
ARB TV-nin "Show News" verilişinin "Məşhurların avtomobilləri" rubrikasının növbəti qonağı müğənni Vəfa Şərifova olub.

Sfera.az milli.az-aistinadla  bildirir ki, maşınından ultrasəs müayinəsi kağızı çıxan ifaçı bu barədə açıqlama vermək istəmədiyini deyib:

"Bu, başqa şeydir, çəkməyin. Əllərim əsdi, bu barədə açıqlama vermək istəmirəm. Xoş xəbərlər ailə daxilində olmalıdır".

"Show News" komandası Vəfa Şərifovaya maraqlı sürpriz də hazırlayıb.

Belə ki, ifaçının avtomobilinə qalmaqal yaşadığı həmkarı Şəbnəb Tovuzlunun diskini və şəklini yerləşdirərək onun reaksiyasını öyrənib:

"Mənim bundan xəbərim yoxdur. Ümumi disklərdə dinləmişəm, amma onun diskini almamışam. Bu, necə gəlib bura düşüb xəbərim yoxdur. Şəbnəmlə şəklimi isə siz qoymusuz maşına. Mənim xəbərim yoxdur. Heç uşağımın şəkillərimi belə çıxartdırmıram. Amma mən burada çox qəşəngəm. Necə deyərlər, kor-kor, gör-gör. Bu şəkili maşınımda saxlamaram. Heç kimlə yan-yana olmaq istəmirəm".



OXŞAR XƏBƏRLƏR