Və müjdə verildi: “Koronavirus erası” başa çatır

Və müjdə verildi: “Koronavirus erası” başa çatır
 

Nəhəng əməkdaşlığın möhtəşəm nəticəsi: "AstraZeneca”

 

Bütün dünyanın dördgözlə gözlədiyi COVID-19-a qarşı peyvəndi istehsal edəcək "AstraZeneca PLC” (mərkəzi Kembricdə olan İngiltərə-İsveç farmakologiya və bio-texnologiya şirkəti) və onun CEO-su Pascal Soriot peyvəndin oktyabr ayından etibarən satışa çıxarılacağını deyir. Peyvənd Oxford Universiteti ilə aparılan araşdırmalar nəticəsində hazırlanıb.

 

Aprel ayının əvvəlindən dünyanın ən ünlü alimlərindən olan professor Sara Gilbertin rəhbərlik etdiyi qrupun addım-addım hədəfə doğru yol aldığını yazırdım. Və budur, "AstraZeneca” artıq ABŞ və Avropa ölkələri ilə satış kontraktları imzalamağa başlayıb.


Satış kontraktları

 

İngiltərə, Fransa, Almaniya, İtaliya, Niderland və ABŞ "AstraZeneca” ilə 400 milyon peyvənd tədarükü üçün anlaşma imzaladıqlarını açıqladı. Bu anlaşmanın şərtlərindən birinə görə, peyvənd tapılanda o, bütün Avropa İttifaqı (Aİ) ölkələrinə satılmalıdır.

 

Fransa Səhiyyə naziri Olivier Veran "Anlaşmanın bu qədər güclü bir rəqabət mühitində olması peyvəndi əldə etməyimizin ilk sığortasıdır” deyir. Ancaq tək bir qaynağa bağlı qalmamaq üçün digər peyvənd çalışmaları da sürətlə davam etməkdədir.

Fransa Dövlət naziri Agnes-Panier Runacher isə 2020-ci il bitmədən on milyonlarla peyvəndin insanlara çatmasına təminat verildiyini dilə gətirdi. "AstraZeneca” bu ilin sonuna qədər 2 milyard doza peyvənd istehsal edəcəyinə ümid edir.

 

Peyvəndin qiyməti

 

Peyvənd 2 avro kimi çox ucuz bir qiymətə satılacaq. Bu da peyvəndin, hardasa maya dəyərinə satılacağı anlamına gəlir (Bəzi xəbərlərə görə, qiyməti 3 avroya qədər çıxa bilər).

 

Təsir gücü

 

Peyvəndin bir illik qoruma gücünə malik olacağı bildirilir. Yəni bu peyvənd də ənənəvi qrip peyvəndləri kimi payızdan-payıza vurulub, insanları möhtəməl yoluxmadan qoruyacaq.

 

Test fəaliyyətləri

 

"AstraZeneca” virusun mutasiyaya uğraması ehtimalına qarşı İngiltərədə araşdırmaların davam etdiyini, ABŞ-da 30 min, Braziliyada 5 min könüllü üzərində test edildiyini deyir. Peyvənd Keniya, CAR, Hindistan və b. ölkələrdə də test edilərək, onun müxtəlif insan populyasiyaları üzərindəki təsiri, virusun mutasiyaya uğrayıb-uğramayacağı araşdırılacaq.

 

Və son

 

Bu son cümlələri yazanda səhər saat 04-ə yaxınlaşırdı. Bəzi imla qüsurları ola bilər, amma düşünürəm ki, mətndəki səhvlər vacib deyil. Əsas odur ki, bu müjdəli xəbəri sizə çatdıra bildim. Həyatımızın düz 6 ayını əlimizdən aldı bu zəhrimar, ancaq psixoloji travmalar, maddi-mənəvi zərbələr, itirdiyimiz vətəndaşlarımız zaman itkisindən daha ağrılı oldu.

 

Hər şey yoluna düşəcək yavaş-yavaş. Ancaq bu xəbərlə hər şey o saat düzəldi deyə ehtiyatı əldən verməyək. Qarşıda bizi hələ çətin 3-4 ay gözləyir. Bu mərhələdə ELMİN zəfərinə sığınaq, ümidimizi itirməyək və bir-birimizi qoruyaq. Ölkəmizin, müstəqilliyimizin qədrini bilək!

 

Qulaqlarınız hər daim yaxşı xəbərlər eşitsin! (ayna.az)




OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...