Vatsapdan bir neçə cihazda istifadə etmək mümkün olacaq

Vatsapdan bir neçə cihazda istifadə etmək mümkün olacaq
Məşhur messencerlərdən olan vatsapın bir neçə cihazda işləməsini asanlaşdıran yeni funksiyalar işə salınacaq.

Sfera.az  xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.

Yeni funksiyalardan biri vatsap istifadəçilərinə söhbətlərini daha yaxşı təşkil etməyə imkan verəcək. Beləliklə, bir cihaza əlavə edilmiş dialoqlar avtomatik olaraq digərlərinə də bağlanacaq.

Növbəti yenilik messencerin kompüter versiyasına aiddir. Belə ki, kompüterində vatsap quraşdırmış istifadəçilər məxfilik parametrlərini tənzimləyə biləcəklər. Qeyd edək ki, bu funksiya hazırda yalnız mobil versiyada mövcuddur.

Hazırda yenilənmə sınaqdan keçirilir.

Qeyd edək ki, noyabrın 1-dən vatsap minlərlə cihazda fəaliyyətini dayandıracaq. "Android” və "iOS” əməliyyat sistemləri üçün tələblərin dəyişməsi ilə əlaqədar messencer 43 smartfon modelində işləməyəcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR