Vaşinqtonun Çinə qarşı yeni ittifaqı... - Sülhü, yoxsa müharibəni yaxınlaşdırır?

Vaşinqtonun Çinə qarşı yeni ittifaqı... - Sülhü, yoxsa müharibəni yaxınlaşdırır?
ABŞ, Böyük Britaniya və Avstraliya Sakit okean bölgəsində üçlük ittifaqı yaratdıqlarını bəyan ediblər. Məqsəd Çinin artan təsirinə və Pekinin Tayvanı ələ keçirmək planlarına qarşı müqaviməti gücləndirməkdir.
 
Sfera.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ Prezidenti Co Baydenlə Böyük Britaniyanın Baş naziri Boris Conson və onun avstraliyalı həmkarı Skott Morrison arasında sentyabrın 15-də onlayn formatda keçirilən görüşü şərh edərkən deyib.

O bildirib ki, 3 ölkənin lideri ittifaqın yaradıldığını dünyaya onlayn formada elan ediblər.

"Bayden çıxışında birbaşa Çinin adını çəkmədən Hind və Sakit okean bölgəsində sülh və sabitliyin formalaşmasına çalışacaqlarını bildirib. Vaşinqton bu çərçivədə Avstraliyaya müasir texnologiyalar təqdim edəcək. Bunların arasında Amerikanın Avstraliyaya atom sualtı gəmi istehsalında yardımı da var. Buna baxmayaraq, Vaşinqton "nüvə silahının yayılmaması prinsipinə” sadiq qalaraq Avstraliyaya nüvə silahı verməyəcək.

Məsələ burasındadır ki, Çinin nüvə texnologiyalarına əsaslanan sualtı gəmilərinin sayı ildən-ilə artır və onlar ətraf ölkələr üçün təhlükə mənbəyidir. Ona görə də Amerika Avstraliyaya atom sualtı gəmilərinin istehsalında dəstək vədi verib. İl yarım ərzində həmin gəmilərin okeana buraxılması nəzərdə tutulub”.
 
Politoloq vurğulayıb ki, Avstraliyanın Baş naziri Skott Morrison Fransa ilə müqavilədən imtinasını belə izah edib ki, bölgədə vəziyyət sürətlə dəyişir:

"Avstraliyanın Fransanı Amerika ilə əvəz etməsinin üstünlüyü anlaşılandır. Birincisi, Avstraliya sualtı gəmiləri öz ərazisində istehsal edəcək. Bu yeni iş yerləri və maliyyənin ölkədə qalmasıdır. İkincisi, həmin gəmilər Amerika texnologiyaları əsasında nüvə texnologiyasına əsaslanacaq. Avstraliya Amerikadan uzaqmənzilli raketlər almağı da planlaşdırır. Bunun da hədəfi Çindir.
 
Pekin yeni formalaşan ABŞ, Böyük Britaniya və Avstraliya üçlüyünü tənqid edib. Pekin yeni ittifaqı üçüncü ölkələrə qarşı (əslində özünə qarşı) yönələcəyini, bunun isə bölgədə yeni "soyuq müharibəyə” səbəb olacağını vurğulayıb. Bu arada, Vaşinqton Tayvanın ABŞ-dakı nümayəndəliyinin statusunu artırmağa qərar verib. Əvvəlki illərdə nümayəndəlik iqtisadi və mədəniyyət əlaqələri ilə məşğul olurdu. İndi isə nümayəndəliyin siyasi çəkisi artıb. Pekin buna da dərhal reaksiya verib. Çin Xarici İşlər Nazirliyi açıqlama yayaraq Amerikadakı nümayəndəliyin statusunun artırılmasını Tayvandakı radikal qüvvələrə yanlış işarə olacağı vurğulanıb.
 
Çin Tayvanı öz ərazisi sayır. Amerikanın siyasəti isə fərqlidir. Çinin bölgədə artan gücü yaxın gələcəkdə Tayvanın taleyini həll etmək iqtidarındadır. Bu baş verəcəyi halda bölgədə müharibə ehtimalı artacaq".
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

ABŞ-da avtomobil yarışında qəza baş verdi, ölənlər və xəsarət alanlar var

ABŞ-ın Texas ştatının Kurvil şəhərində keçirilən avtomobil yarışında qəza olub. Sfera.az  xəbər verir ki, bu barədə yerli polis feysbuk səhifəsində m...

Özbəkistanda prezident seçkiləri başa çatdı

Özbəkistanda yerli vaxtla saat 20:00 -da prezident seçkiləri başa çatıb. Sfera.az  xəbər verir ki, ölkə üzrə 9 925 seçki məntəqəsi fəaliyyət göstərib...

Çində universitetdə partlayış baş verdi, ölənlər və yaralananlar var

Çinin Nankin Aerokosmik Universitetinin laboratoriyasında partlayış baş verib. Sfera.az  xəbər verir ki, bu barədə "Sina" informasiya mənbəyi məlumat...

Özbəkistanda seçicilərin 50%-dən çoxu səs verdi

Özbəkistanda prezident seçkilərində səsvermə əhalinin yüksək fəallığı ilə keçirilir. Sfera.az  xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Kom...

Filippin sahillərində güclü zəlzələ oldu

Filippin sahillərində 5 bal gücündə zəlzələ baş verib. Sfera.az-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri But...

İranın xarici işlər nazirindən Azərbaycanla bağlı AÇIQLAMA

İran İslam Respublikası ilə Azərbaycan Respublikası müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir. Sfera.az xəbər verir ki, bu sözləri İr...