Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi

Vasif Talıbov Dövlət Agentliyinin statusunu dəyişdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "İcbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Sfera.az xəbər verir ki, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə çevrilib.

Eyni zamanda "Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR