Varikoz xəstəliyindən əziyyət çəkənlər üçün 10 MƏSLƏHƏT

Varikoz xəstəliyindən əziyyət çəkənlər üçün 10 MƏSLƏHƏT
Varikoz xəstəliyi çox yayılmış pozulmadır. Əksər hallarda bu xəstəlik qadınlarda inkişaf edir.

Varikozun inkişafının qarşısını almaq və ya qadında artıq varikoz varsa - inkişafını ləngitmək üçün fleboloqlar (damar xəstəliklərinin müalicəsində ixtisaslaşmış həkimlər) bu kimi məsləhətlər verir:

1. Artıq çəki yığmayın. Artıq çəki aşağı ətrafların damarlarını yükləyir ki, nəticədə damarlarda pozulmalar inkişaf edir.

2. Hərəkətli olun - tez-tez piyada gəzin, idmanla, bədən tərbiyəsi ilə məşğul olun. Hərəkət zamanı qan dövranı yaxşılaşır. Hərəkət orqanizmdə və o cümlədən damarlarda durğunluq proseslərinin qarşısını alır. Üzgüçülük damarların sevimli idman növüdür.

Oturaq həyat tərzi varikozun əsas risk faktorlarından biri sayılır.

3. Ayaqlarınızı travmalardan qoruyun.

4. İsti hamam, sauna, "zaqar"la süi-istifadə etməyin.

5. Ağır əşyaları qaldırmayın və daşımayın.

6. Dar geyimləri (dar cins, uzunboğaz dar çəkmələr, dar rezinləri olan qolfilər, corablar və s.) geyinməyin. Bu aşağı ətraflarda qan dövranının pozulmasına səbəb olur.

7. Hündürdaban ayaqqabı (5 sm-dən hündür) geyinməyin və ya yalnız nadir hallarda (qonaqlıq, toy və s.) geyinin. Lakin tam yerdən olan ayaqqabıları da geyinməyin - dabanın hündürlüyü 3-4 sm olmalıdır.

8. Qəbizlikdən əziyyət çəkirsinizsə, bu pozulma ilə mütləq mübarizə aparın - kifayət qədər çiy meyvə-tərəvəz, sıyıqlar yeyin və s.

9. Kifayət qədər maye qəbul edin. Mayenin az miqdarda qəbulu orqanizmin susuzlaşmasına səbəb olur. Bu qanın qatılılığını artırır. Nəticədə damarlar artıq yüklənir və bu da onlarda pozulmalara gətirib çıxarda bilər.

10. Varikozun əsas risk faktoru hamiləlik sayılır. Hamiləlikdən əvvəl və hamiləlik zamanı mütləq fleboloqun müayinəsindən keçin. Lazım olduqda həkim sizə xüsusi kolqotları və ya corabları təyin edəcək.

OXŞAR XƏBƏRLƏR

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...