Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT - VİDEO

Vaqif Əsədovdan sürücülərə səs siqnalı ilə bağlı MÜRACİƏT - VİDEO
 Qanunvericilik səs siqnallarından istifadə ilə bağlı məsuliyyəti də hüquq pozuntusuna görə fərqləndirir.
 

Bakı dünyanın az saylı şəhərlərindən biridir ki, şəhərdaxili yollarda səs siqnallarından yeri gəldi, gəlmədi istifadə edilir. İşıqfor yanan kimi arxada olan avtomobillər öndə olan avtomobilə, sürücülər yol verdikləri piyadaya, eləcə də avtomobillər biri-birinə səs siqnalı verərək xəbərdarlıq etməyə çalışırlar. Bəzən isə səs siqnalından "təşəkkür” və hətta digər avtomobilin sürücüsü üçün "söyüş” kimi də istifadə olunur.

Qanunla isə şəhər daxilində ehtiyac yaranmadığı təqdirdə səs siqnalından istifadə qadağan edilir. Bəs sürücülər bu qadağalara niyə önəm vermirlər?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə qeyd edib ki, qanunvericilik səs siqnallarından istifadə ilə bağlı məsuliyyəti də hüquq pozuntusuna görə fərqləndirir.

 

"İnzibati Xətalar Məcəlləsinin (İXM) 329-cu maddəsi nəqliyyat vasitəsində mövcud olan standarta uyğun səs siqnalından qaydaları pozmaqla istifadəyə (yəni yuxarıda göstərdiyim iki haldan başqa digər hallarda səs siqnalı verməyə) görə 30 manat cərimə nəzərdə tutur," – Əsədov qeyd edib.

Onun sözlərinə görə, nəqliyyat vasitəsinə standartdan kənar çoxavazlı səs siqnallarının qoyulması zamanı 500 manatdan 800 manatadək cərimə tətbiq edilir: "Belə siqnal müsadirə edilməli, siqnal nəqliyyat vasitəsinin dayandırıldığı yerdəcə sökülməlidir. Bu mümkün olmadıqda isə həmin nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilməlidir. Siqnallar söküldükdən sonra avtomobil sahibinə qaytarıla bilər".


(avtosfer)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...