Valentina Matviyenko: "Qarabağda atəşkəsi qorumaq zəruridir"

Valentina Matviyenko:
"MDB Parlametlərarası Assambleyası bütün MDB ölkələri, o cümlədən Azərbaycan və Ermənistan deputatlarının səmərəli fəaliyyəti üçün son dərəcə əlverişli formatdır".

Sfera.az xəbər verir ki, bunu "İzvestiya” nəşrinə müsahibəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

O, Azərbaycanla Ermənistan deputatları arasında ünsiyyət faktının mövcudluğunu çox mühüm hadisə kimi dəyərləndirib.

V.Matviyenko həmçinin Qarabağ probleminin MDB-nin səlahiyyətinə aid olmadığını da diqqətə çatdırıb:

"Bu, son dərəcə həssas məsələdir. Azərbaycan, Ermənistan, Rusiya liderləri arasında əldə olunmuş razılaşmanı misilsiz hesab edirəm. Bu məsələdə başlıca rol bizim prezidentə aiddir. Münaqişə bölgəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsinə dair təcili verilən qərar döyüş əməliyyatlarını, qan tökülməsini dayandırdı, bu da əsas vəzifədir. Məncə, indi hər bir ehtiyatsız deyilən kəlmə gərginliyi yenidən artıra bilər. Odur ki, hissləri cilovlayıb bu atəşkəsi qorumaq üçün nə lazımdırsa, edilməlidir”.

OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublik...

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin ...

İran İsraili İTTİHAM ETDİ: "Qəzzada müharibə cinayətləri törədir"

İranın Xarici İşlər Nazirliyi Qəzzadakı müharibəni pisləyib.   Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi X hesabında məsələ ilə bağlı bəzi...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

BŞTİ-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...