"Valensiya" 7 aparıcı futbolçusunu satır

 

"Valensiya" mövsümün sonunda heyətində ciddi dəyişiklik etməyi planlaşdırır.

Sfera.az xəbər verir ki, uğursuz mövsüm keçirən İspaniya klubu 7 aparıcı futbolçusunu transferə çıxarıb.

"Yarasalar" qapıçı Yasper Silessen, yarımmüdafiəçilər Fransis Koklen, Ceffri Kondoqbiya, Ferran Torres, Daniel Parexo, həmçinin hücumçular Rodriqo Moreno və Qonsalo Qedeşi gələn mövsüm heyətdə saxlamaq niyyətində deyil. Buna səbəb futbolçuların yüksək ödənişli olmasıdır. Komandanın Çempionlar Liqasından kənarda qalması da bu qərara öz təsirini göstərib.

Qeyd edək ki, "Valensiya" La Liqanın sonuna 2 tur qalmış 50 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

OXŞAR XƏBƏRLƏR