Vaksinlərin təsirini azaldır - "Mu" ştammının ilkin əlamətləri

Vaksinlərin təsirini azaldır -
Türkiyədə iki nəfərdə aşkar edilən koronavirusun "Mu” variantının əlamətləri açıqlanıb.
 
Sfera.az bildirir ki, bu barədə Ankara Universitetinin professoru İsmayıl Balık məlumat verib. 
 
Onun sözlərinə görə, yeni növün əsas xüsusiyyəti vaksinlərin təsirini azaltmasıdır: 

"Amma önəmli olan yeni variantın "Delta” ştammını ötüb-ötməməsidir. Ehtimallara görə, "Mu” da daxil olmaqla, yeni ştammlar "Delta”dan daha güclü və sürətlidir”.

Mütəxəssis qeyd edib ki, "Mu” variantının əlamətləri digər növlərdəki kimi qızdırma, öskürək və qoxu-dad itkisidir və hələ də yeni əlamət müşahidə edilməyib.
 
"Mu"dan qorunma yolları da digərləri ilə eynidir. Ən əsası, maska, sosial məsafə və gigiyena qaydalarına əməl etməkdir. Bu üç qaydaya əməl etsək, problem yaşayacağımızı düşünmürəm. Yeni ştammın öldürücü olub-olmadığı dəqiq bilinmir. Dünya üçün təhlükə törədəcəyi halda, peyvəndləmə prosesi sürətli formada 2-3 ay ərzində dəyişəcək. Hələ ki, "Mu” variantından qorxmaq lazım deyil”, - deyə İsmayıl Balık əlavə edib.

Xatırladaq ki, "Mu” variantına ilk dəfə Kolumbiyada rast gəlinib. ÜST-ün məlumatına görə, yeni ştamm indiyə qədər 40 ölkədə aşkar edilib.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirus vaksininin qoruyuculuq müddəti bəlli oldu – AÇIQLAMA

"BioNTech” şirkətinin qurucularından olan professor Uğur Şahin yeni araşdırmanın nəticələrinə görə,  COVID-19 peyvəndlərinin 9 aya qədər qoruma təmin et...

Bill Qeytsdən pandemiyanın bitəcəyi tarixlə bağlı AÇIQLAMA

2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirusla bağlı sevindirici xəbər Bill Qeytsdən gəlib. Sfera.az xəbər verir ki,  dünyanı CO...

“Bu, müstəqillik dövrünün ən böyük səhiyyə xərcləridir” – Əhliman Əmiraslanov

"İcbari tibbi sığorta zərfində olan xidmətlərin sayını 2022-ci ildə iki dəfə artırsaq, əhali üçün daha yaxşı olar". Sfera.az xəbər verir ki, bu təkliflə...

Koronavirusun ağır formasından necə qorunmaq olar?

Alimlər müəyyən edib ki, C vitamininin venadaxili yeridilməsi COVID-19-un ağır gedişindən qorunmağa və daha tez sağalmağa kömək edir. Sfera.az-ın məlumatı...

Azərbaycanda göbələkdən zəhərlənmə halları niyə artıb? - AÇIQLAMA

Qax rayonunda daha iki ailənin altı üzvü göbələkdən zəhərlənib. Oxşar hadisə bir neçə gün qabaq da yaşanmışdı.   Maraqlıdır ki, göbələkdən zəhərlənmə hal...

Hər saata bir ölüm... - Azərbaycan səhiyyəsinin vəziyyəti

Artıq iki ilə yaxındır ki, koronavirus həyatımızın bir parçası olub. Təəssüf ki, pandemiya dünyada olduğu kimi, Azərbaycanda da ölümlərlə nəticələnib. Düzdür, ö...