Vaksinlərin qoruyuculuq müddəti nə qədərdir? – İnfeksionistdən açıqlama

Vaksinlərin qoruyuculuq müddəti nə qədərdir? – İnfeksionistdən açıqlama
Mütəxəssislər bildirir ki, artıq "Pfizer" vaksinin təsir gücü 6 ay əvvələ nisbətən zəifləyib.

Nəzərə alsaq ki, "Pfizer” vaksininin digər vaksinlərlə müqayisədə daha effektiv olduğu bildirilirdi.
 
Belədə sual olunur, digər vaksinlərin də təsir gücü zəifləyə bilərmi? Ümumiyyətlə, 6 ay, yaxud 1 il sonra vaksinin qoruyuculuq qabiliyyəti azalırmı?
 
Mövzunu Sfera.az-a şərh edən infeksionist Nicat Əzimli istənilən vaksinin effektivliyinin aşağı düşməsinin gözlənilən olduğunu bildirib:

"Vaksinlər hazırlandığı genotip üzərində maksimum səviyyədə effekt göstərir. Bu, təbiidir. Pandemiya kimi sürətli çoxalma dövründə zaman keçdikcə törədicilərin yeni variantları ortaya çıxır və cari genom sabit qalmadığına görə, vaksinlərin effektivliyinin aşağı düşməsi gözləniləndir. Bu istənilən vaksinə aiddir.
 
Lakin, qeyd etmək gərəkdir ki, "Pfizer" ilə vaksinlənmiş şəxslər "Delta” variantının dominantlığı ilə gedən 4-cü koronavirus dalğasında kifayət qədər qorundu. Biz bu vaksinin effektinin hazırkı variantlara qarşı necə olduğunu gördük. Buna görə də "Pfizer" digər vaksinlərlə müqayisədə daha effektiv və məsləhətlidir".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR