No Image
No Image

Vaksinin heç bir qorxusu, təhlükəsi yoxdur - Həkim

Vaksinin heç bir qorxusu, təhlükəsi yoxdur - Həkim
"Vaksin - zəiflədilmiş, öldürülmüş virus və ya onun zülallarının və genomunun-genlər cəminin bir və ya bir çox hissəsidir. Bu, orqanizmə yeridildiyi zaman xəstəlik yaranmır, lakin virusa qarşı antitellər-immunitet (spesifik immunoqlobulin G) yaranır.

Sfera.az xəbər verir ki, bunu tanınmış həkim radioloq, Azərbaycan Həkimləri Birliyinin sədr müavini Aydın Əliyev bildirib.

O, insanları koronavirusa (COVİD-19) qarşı peyvənddən qorxmamağa çağırıb:

"Vaksin-peyvənd orqanizmə yeridiləndən təqribən 2-3 həftə ərzində bu antitellər yaranır. Antitellərin orqanizmdə kifayət qədər yaranması yəni, xəstəlikdən tam qorunma üçün 2-4 həftə sonra təkrar vaksinasiya lazımdır. Bunlardan 2-3 həftə sonra xəstə şəxsdən bizim orqanizmimizə aktiv virus keçsə belə, yəni yoluxduğumuz halda artıq bədənimizdə yaranmış o antitellər daxil olan aktiv virusları öldürə bilir - inaktivləşdirib məhv edir. Ona görə də vaksinləşmə-peyvəndlənmə çox vacib və önəmlidir. Pandemiyadan qurtuluşun yeganə yoludur. Heç bir qorxusu, təhlükəsi yoxdur! Qorxmayın! Bu elmin məhsuludur! Qüvvət elmdədir! Bu prosesi bilməyən insanlar hansısa çiplənmədən danışırlar. Bu absurddur".

"Lakin önəmli məqamlardan biri budur ki, hər iki vaksinasiyadan təqribən 2-3 həftə keçənə qədər yenə də yaxşıca qorunmalıyıq ki, antitellər yaranana qədər orqanizmimizə aktiv viruslar daxil olub işi çətinləşdirməsin. Yəni iki mərhələli vaksinasiyadan təqribən 2 həftə keçənə qədər qorunsaq qurtulmuş sayılırıq", - deyə həkim-radioloq bildirib.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyədə sutka ərzində COVID-19-dan 168 nəfər öldü

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 168 nəfər ölüb.  Sfera.az-ın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıql...

Ərdoğanın müavini də peyvənd olundu

Türkiyən Prezidentinin müavini Fuad Oqtay peyvənd olunub. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, vaksinas...

Azərbaycanda koronavirusa yoluxanların təxmini sayı açıqlandı

"Azərbaycanda 9 milyona yaxın insan "COVID-19” virusuna yoluxmadığı üçün vaksinasiya vacibdir”.     Sfera.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in...

Koronavirusdan sağalan insanlara da vaksin vurulacaq?

"Vaksin bir insana iki dozada vurulur. "Sinovac” şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətiril...

Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb, daha 2 milyon doza alacaq

"Bir insana iki doza vaksin lazımdır. Azərbaycana gətiriləcək 4 milyon vaksin 2 milyon insan üçündür”.   Sfera.az-ın məlumatına görə, bunu Azərbayca...

Azərbaycanda peyvəndləmədən imtina edənlərlə bağlı QƏRAR: “İnzibati tədbirin həyata keçirilməsi...”

Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa qarşı peyvəndləmə könüllü olacaq.   Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiril...