Vaksinə inanmadığını açıqlayan müğənni peyvənd olundu

Vaksinə inanmadığını açıqlayan müğənni peyvənd olundu
Türkiyəli müğənni Yıldız Tilbe vaksinlə bağlı son açıqlamasından sonra fikrini dəyişib.
 
Sfera.az bildirir ki, ifaçı ötən gün peyvəndin ilk dozasını vurdurub. Tilbenin  bu addımının səbəbi isə, 6 sentyabrdan etibarən Türkiyədə səyahət etmək, teatr və konsertlərə getmək üçün COVİD pasportunun tələb edilməsi olub.

Xatırladaq ki, müğənni bir müddət bundan əvvəl koronavirus görə vaksin vurdurmağın əleyhinə olduğunu demişdi.
  
"Qorumayan vaksini niyə vurdurum? Təsdiq edilməmiş, istehsal edənlərin belə məsuliyyətini almadığı, bir şey olacağı halda öhdəlik daşımadıqları peyvəndi niyə vurdurum? 4 doza vaksin müdafiə etmirsə, 44 dozamı vurdurmalıyıq?”, - deyə Tilbe qeyd etmişdi.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR