Vaksindən imtina edənləri bu yolla razı salmağa çalışacaqlar - Xüsusi qruplar yaradılır

Vaksindən imtina edənləri bu yolla razı salmağa çalışacaqlar - Xüsusi qruplar yaradılır
Türkiyədə vaksin vurdurmayan şəxslərlə bağlı xüsusi qruplar yaradılacaq.
 
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. 

Nazirin sözlərinə görə, həmin qruplar peyvənd olunmaq istəməyənləri razı salmaq üçün formalaşdırılacaq. Belə ki, həmin şəxslər evlərə gedərək tövsiyələr verəcəklər. Bununla insanların hansı səbəbdən vaksinasiya prosesində iştirak etmədiyi də öyrəniləcək.

Fəxrəddin Qoca qeyd edib ki, bu addımın əsas hədəfi  peyvənd vurduran şəxslərin sayının artırılmasıdır.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR