Vaksinasiyadan imtina edənlərin səbəbləri əsaslıdır? – Həkimdən açıqlama
15:18 / 03.09.2021
1950
Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda
vaksinasiyadan imtina tendensiyası müşahidə edilir. Bəzi sahələrə girişlə bağlı
COVİD pasportu tələbi qoyulsa da, peyvənd vurdurmaqdan çəkinənlər kifayət qədərdir.
Bu da vaksinlərin ehtimal olunan fəsadlarından irəli gəlir.
Bəs, peyvəndlərlə bağlı narahatlığa əsas varmı?
Tibb elmləri doktoru, professor Musa Qəniyev
Sfera.az-a açıqlamasında qeyd edib ki, dünyada koronavirus əleyhinə istifadə
olunan peyvəndlər ya inaktiv, ya da "vektorlu” peyvəndlər qrupuna aiddir:
"Bu peyvəndlərdən heç biri enzim patologiyası olan
məhdud insan qrupu istisna olunmaqla, digər şəxslərdə fəsad və xüsusi müdaxilə
tələb edən ciddi əlavə effektlərə səbəb ola bilməz. Nəzərə almaq lazımdır ki,
bu cür şəxslərdə təkcə COVİD-19 əleyhinə vaksin deyil, istənilən peyvənd və ya
dərman preparatları da atipik reaksiyalar törədə bilər”.
Mütəxəssis vaksin vurdurandan sonra halı pisləşən şəxslərdən
də söz açıb:
Günay Rəsulqızı