Vaksinasiya əks effekt verə bilməz – “İnsanlarda əlavə stress yaşatmaq yolverilməzdir”

Vaksinasiya əks effekt verə bilməz – “İnsanlarda əlavə stress yaşatmaq yolverilməzdir”
"Covid-19 əleyhinə peyvəndin effektiv olmayacağına əsas kimi qısa müddətdə hazırlanması, klinik sınaqlarının sona qədər aparılmaması, əlavə effektlərinin öyrənilməməsi və s. kimi arqumentlər göstərilir. Bunlar heç bir əsası olmayan iddialardır”.

Sfera.az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Onun sözlərinə görə, hər bir yeni yaranan infeksiyaya qarşı effektiv vaksinin hazırlanmasına illərlə vaxt lazımdır:

"Tarix baxımından ən tez hazırlanan vaksinlərdən biri Ebola qızdırmasına qarşı olub ki, buna da 5 il vaxt lazım gəlib. Lakin Covid-19-a yoluxma reseptor mexanizmlərlə baş verdiyi və virusun genom strukturu məlum olduğuna görə, onun əleyhinə vaksinlərin hazırlanmasına illərlə yox, aylarla müddətinin lazım olacağı barədə demişdim. Söylədiklərim cəmi 8 aydan sonra öz təsdiqini tapdı. Günümüzdə müxtəlif infeksiyalara qarşı vaksinasiya, hər il yer kürəsində 2 milyondan 3 milyona qədər insanı ölümün pəncəsindən xilas edir. Hazırda Covid-19 əleyhinə tövsiyyə olunan peyvəndlər də bu məqsədə xidmət edir. Bu peyvəndlərdən heç biri, alınma mənbəyi, alınma yolu və istehsalçısından asılı olmayaraq, fəsad və xüsusi müdaxilə tələb edən ciddi arzuolunmaz əlavə effektlərə səbəb ola bilməz”.

M.Qəniyev bildirib ki, bu gün bütün dünyada Covid-19 əleyhinə, əsasən, "Pfizer”, "Moderna”, "Janssen”, "Sinovak”, "Sputnik V”  və "AstraZeneca” peyvəndlərindən istifadə olunur. Bu peyvəndlər içərisində bizim üçün xüsusi önəm təşkil edəni, hazırda istifadə olunan "Sinovak” (CoronaVac), eləcə də yaxın aylarda ölkəmizə gətirilməsi planlaşdırılan "AstraZeneka” və "Sputnik V” peyvəndləridir.
        
"Sinovak” inaktivləşdirilmiş selektiv virus ştammıdır. Yəni bölünmək, artıb çoxalmaq və əlavə effektlər törətmək qabiliyyətindən tamamilə məhrumdur. İnaktiv genom ardıcıllığını tanıdığından, immun sistem ona qarşı xüsusi əks reaksiya vermədən yalnız qoruyucu antitellər hazırlayır. Gətirilməsi planlaşdırılan digər 2 peyvənd isə  "vektorlu ("viruslu) peyvəndlərə aiddir. Məsələn, "AstraZeneka”nın hazırlanması zamanı saprofit adenovirus genomunun kəsilərək götürülmüş yalnız 2 subvahidindən istifadə olunur. Tərkibinə Kovid-19-un S-zülalını kodlayan gen yerləşdirilən bu fraqment bölünmə qabiliyyətindən məhrumdur. Yalnız genom fraqmentinə malik olduğundan, bu cür vaksinlərin təmizlik dərəcəsi daha yüksək olur. Odur ki, onlar ümumiyyətlə əlavə effekt törətmir. "Sputnik V” peyvəndi də analoji tərkib və hazırlanma texnologiyasına malikdir. Deməli, tam təhlükəsizdir”.

Professor "peyvəndlərin kimlərə vurulması təxirə salına bilər” sualını bu cür cavablandırıb:

"Vaksinasiya istər öldürülmüş virus, istərsə də onun inaktiv genomu ilə aparılmasından asılı olmayaraq, yalnız bir məqsədə -  "nisbi xəstəlik modeli” yaratmağa, başqa sözlə, müvafiq antitellərin əmələ gəlməsinə xidmət edir. Bu halda uzun RNT genomuna malik olan virus əleyhinə yaranan antitellərin ümumi yaşam müddəti, xəstəliyi keçirmiş insanlarda əmələ gələn antitellərin yaşam müddətindən zaman etibarı ilə fərqlənmir. Eləcə də, bu halda  aktiv hüceyrə immuniteti eyni mexanizmlə formalaşmaqla, immun yaddaşa əbədi həkk olunur. Başqa sözlə, istər xəstələnmə, istərsə də vaksinasiya zamanı, antitellərin əmələ gəlməsi və immunun yaddaşa ötürülməsi eyni mexanizmlə baş verir. Bu səbəbdən, Kovid-19-un hansı klinik formasını keçirməsindən asılı olmayaraq, sağalmış insanlara ilk 6-8 ay müddətində virus əleyhinə vaksin vurulması zərurət deyildir. Lakin vaksin vurulması da əks göstəriş deyil. Yəni, burada biri digərini inkar edəcək, elmi əsaslı bir şey yoxdur. Hər iki halda yoluxma baş verərsə, İgG antiteli ilk yoluxmadakı kimi 21 gündən sonra yox, 3 gündən sonra əmələ gəlir. Yəni peyvənd olunma və ya xəstəliyi keçirmə, təkrar yoluxmanı yox, yalnız xəstəliyi asimptomatik, yüngül, fəsadsız keçirməyə və letallığının 100% nisbətində sıfrlanmasına təminat verir”.

Mütəxəssis vurğulayıb ki, peyvəndi almış insanları qorxuya salmaq və ya peyvənd olunacaq insanlarda əlavə stress yaşatmağa xidmət edən əsassız fikirlərin yayılması, tirajlanması və şüurlara yeridilməsi yolverilməzdir:

"Son günlər Covid-19-a tutulanların bu virusu çox ağır keçirdiyi və ölüm faizinin ilk 28 gündə çox yüksək olduğu söylənilir. Bunun səbəbi deyildiyi kimi aqressiv mutant ştammların əmələ gəlməsilə bağlı deyil. Belə ştammların yaxın 10 ildə əmələ gəlməsi qeyri-mümkündür. Buna yeganə səbəb, yanlış təbliğatın nəticəsi kimi, insanların antiviral və antibiotikləri nəzarətsiz şəkildə profilaktik məqsədlərlə qəbuludur. Çox istərdim ki, klinisistlər bu istiqamətdə hazırda xəstəliyə yoluxanlar arasında "monitorinq” aparsınlar. Bu halda real nəticələrə və elmi məntiqə istinad edən düzgün cavabın verilməsi, hazırda faciə kimi dəyərləndirin qeyri-reallıqdan, insanlığı əbədi olaraq xilas edə bilər”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...