“Vaksin orucu pozmur, mən özüm...” – Hacı Şahindən açıqlama

“Vaksin orucu pozmur, mən özüm...” – Hacı Şahindən açıqlama
"Ramazan ayında vaksinasiya prosesi davam edəcək və insanlar oruc halında da vaksindən istifadə edə bilərlər”.

Bunu Sfera.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli deyib.

"Mən özüm peyvənd olunanda oruc halında idim və həkimlə də məsləhətləşdim, hər hansı zərərinin olmadığını bildirdi. Buna görə də rahat şəkildə vaksindən istifadə etdim, heç bir narahatlıq da hiss etmədim. Şəriət nöqteyi-nəzərindən də dərman qəbul edildikdə oruc pozulursa, iynə vurdurduqda və ya vaksinasiya edildikdə oruc pozulmur. Yəni insanlar rahat şəkildə peyvəndlərdən istifadə edə bilərlər” – , deyə müsahibimiz bildirib.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-nə düşəcək. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR