No Image
No Image

“Vaksin orucu pozmur, mən özüm...” – Hacı Şahindən açıqlama

“Vaksin orucu pozmur, mən özüm...” – Hacı Şahindən açıqlama
"Ramazan ayında vaksinasiya prosesi davam edəcək və insanlar oruc halında da vaksindən istifadə edə bilərlər”.

Bunu Sfera.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli deyib.

"Mən özüm peyvənd olunanda oruc halında idim və həkimlə də məsləhətləşdim, hər hansı zərərinin olmadığını bildirdi. Buna görə də rahat şəkildə vaksindən istifadə etdim, heç bir narahatlıq da hiss etmədim. Şəriət nöqteyi-nəzərindən də dərman qəbul edildikdə oruc pozulursa, iynə vurdurduqda və ya vaksinasiya edildikdə oruc pozulmur. Yəni insanlar rahat şəkildə peyvəndlərdən istifadə edə bilərlər” – , deyə müsahibimiz bildirib.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-nə düşəcək. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bayram günləri ilə bağlı rəsmi AÇIQLAMA: Məhdudiyyət tətbiq olunacaqmı?

"Qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq”.   Sfera.az-ın xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə n...

"Bağlamaların gecikməsinə, əlavə xərclərə və yüklənmələrə səbəb olur" - DGK-nın karqo şirkətlərindən yeni tələbinə ETİRAZ

"Son zamanlar vətəndaşlar ölkəmizdə böyük "Mall"ların işləmədiyi  pandemiya dövründə xaricdən alış-verişə daha çox üstünlük verirlər. Digər tərəfdən bəzən ...

"Bu il keçirilən buraxılış imtahanlarından razı qalmadıq" - Təhsil eksperti problemlərdən DANIŞDI

Məlum olduğu kimi ölkə üzrə artıq bir neçə həftədir ki, buraxılış imtahanları keçirilir. İmtahanlar növbəlilik əsasında bölgələr üzrə təşkil edilir.   Ma...

Arif Quliyevin xəstəxanada videosunu çəkən tibb bacısı cəzalandırıldı - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə və  KiV-lərdə "Yeni klinika"da koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin xəstəxanadan görüntüləri  yayılıb...

Paşinyan Şurnuxda yumurta atəşinə tutuldu - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə saatdır onu gözləyən Şurnux kəndinin sakinlərinə məhəl qoymadan yoluna davam edib. Buna qəzəblənən şurnuxlular d...

Kimlər, niyə peyvənd olunmaq istəmirlər? - AÇIQLAMA

Türkiyədə insanların vaksindən imtina etmə səbəbləri araşdırılıb. Aparılan sorğulara görə,  peyvənd olunmaq istəyənlər arasında ən çox pensiya yaşına çatan...