Vaksinasiyadan sonra yoluxan şəxslər müalicə almalıdır? - \"Müayinədən sonra...\"

Vaksinasiyadan sonra yoluxan şəxslər müalicə almalıdır? - \
Məlum olduğu kimi, koronavirus əleyhinə vaksin olunmuş şəxslərin yenidən bu virusa yoluxa biləcəyi təsdiqlənib. Amma peyvənd olunan əksər insanlarda bu xəstəlik ya hiss olunmur, ya da orta-ağır keçir.

Bəs, görəsən, vaksin olunub yoluxan şəxslər koronavirusa yoluxarkən hansı halda müalicə almalıdır? Ümumiyyətlə, peyvənd olunduğu halda yoluxan şəxsin müalicəyə ehtiyacı varmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan radioloq, həkim Aydın Əliyev vaksin olunmuş şəxslərin yalnız müayinədən sonra müalicə ala biləcəyini bildirib. Həkim bəzi hallarda heç bir dərmana gərək olmadığını qeyd edib:
 
"Koronavirusa yoluxub xəstəliyi orta-ağır keçirən şəxslər var. Əgər şəxs vaksin olunduqdan sonra koronavirusa yoluxarsa oksigenin saturasiyası 95-dən yuxarı olsa və tempratur yüksək olmazsa, heç bir müalicə almamalıdır. Yox, əgər oksigenin saturasiyası 95-dən aşağıdırsa bu zaman virus yoluxan insan xəstəxanaya getməli və ona oksigen dəstəyi verilməlidir.
 
Ümumiyyətlə peyvənd olunduqdan sonra kim özündə virusun əlamətlərini hiss etsə həkimə müraciət etməlidir. Yalnız həkim müayinəsindən sonra müalicə barədə qərar vermək olar. Koronavirusa yoluxan peyvənd olunan şəxslər də 14 gün müddətinə özlərinə ətraf mühitdən təcrid etməlidir. Onu da deyim ki, yoluxmuş şəxs xəstəliyi ağır keçirmirsə, bu zaman adi qrip və soyuqdəymədə həyata keçirilən müalicə üsullarından istifadə etmək və ya sadəcə, 14 günün yekunlaşmasını gözləmək olar". 
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR