Vahid Mustafayev ölkə rəhbərliyinə təşəkkür etdi

Vahid Mustafayev ölkə rəhbərliyinə təşəkkür etdi

"Milli Yayım Şurasının Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqəli radiotezliklərin satışı ilə bağlı əvvəlcədən elan edilmiş tenderin ləğvi barədə qərarı ilə əlaqədar ikitərəfli hisslər keçiririk".

Sfera.az xəbər verir ki, bunu virtualaz.org-a Milli Qəhrəmanın qardaşı, ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev deyib.

"Əlbəttə, yarışmanın son anda ləğv olunduğundan kədərləndik və Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına radiostansiyanın işini bərpa edə bilmədik. Lakin digər tərəfdən, ictimaiyyətin köməyi ilə Çingiz Mustafayevin tarixi xatirəsini və onun adını daşıyan əfsanəvi radiostansiyanı müdafiə edən ziyalıların ən yaxşı nümayəndələri ölkə rəhbərliyinə müraciət edərək ANS ÇM - 102 FM tezliyini qorumağı bacardı. Sevindirici haldır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, bütün maraqlanan insanlara Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə həssaslıqla yanaşdıqlarına və bəzi qüvvələrin ölkənin tarixini aşmasına icazə verməmələrinə görə təşəkkür edirik", - Vahid Mustafayev deyib.

Eyni zamanda, Çingiz Mustafayev radiostansiyasının yaradıcılarından biri, Milli Qəhrəmanın digər qardaşı, tanınmış jurnalist Seyfulla Mustafayev əfsanəvi radiostansiyanın işini bərpa etməyə davam edəcəklərini bildirib.

"Bəli, əlbəttə ki, buna nail olacağıq. Azərbaycanda yayım sahəsində 30 illik təcrübəyə sahib olan neçə mütəxəssis var? Qeyd etmək laımdır ki, müsabiqə zamanı Milli Yayım Şurası bir daha əmin oldu ki, radiostansiyanı həm texniki, həm də yaradıcılıqla bərpa edə bilirik ", - Seyfulla Mustafayev qeyd edib. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...