Vahid Əhmədovun Zakir Həsənovla bağlı fikirlərinə etirazlar davam edir

Vahid Əhmədovun Zakir Həsənovla bağlı fikirlərinə etirazlar davam edir
 Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə Nazirliyinin rəhbərliyi barədə səsləndirdiyi əsassız fikirlərə etirazını bildirib.
A.Mollazadə Editor.az-a açıqlamasında deyib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun peşə fəaliyyətini yüksək qiymətləndirir.
"Deputatların fikirlərini şərh etmək fikrim yoxdur. Ancaq Zakir Həsənovun fəaliyyətinə qiymət verə bilərəm. Onu deyə bilərəm ki, onun iş fəaliyyətini yüksək qiymətləndirirəm. Zakir Həsənov Azərbaycanın Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində lazımi işlər görüb. Azərbaycan Ordusu günbəgün güclənir, bu, göz qabağındadır. Ordumuz yeni müasir silahlarla təmin edilir”.
Qeyd edək ki, deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsassız fikirlər söyləyib. Deputatın həmin fikirləri cəmiyyətdə narazılığa səbəb olub.
Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, sədrin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da parlamentin iclasında V.Əhmədovun fikirlərinə sərt etiraz bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.   Sfera.az xəbər verir ki, bu vəzifə Anar Axundova...

Kayrat Sarıbay: "Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər"

Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəali...

Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə APARILDI

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapı...

Zelenski Qərbdən TƏLƏB ETDİ: “Ruslar irəliləyir, bizi silah-sursatla təmin edin!" 

“Ruslar cəbhədə bizə ciddi təzyiq göstərirlər və tədricən irəli gedirlər”.   Sfera.az “TASS” istinadən xəbər verir ki, bunu U...

Fatmayıda OĞURLUQ - 8 manatlıq qızıl və...

Fatmayı qəsəbəsində oğurluq olub.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, Fatmayı qəsəbəsində evlərin birindən 8000 manat pul və 8000 manat dəyəri...

AQEM-in Baş katibi: "COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək"

COP29-da qəbul ediləcək qərarlar təşkilat daxilində inkişaf edəcək.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri...