No Image
No Image

Uzun müddət maska taxmaq beyinə zərər verir və bu xəstəliklərin kəskinləşməsinə səbəb olur - Həkimdən HƏYƏCAN TƏBİLİ

Uzun müddət maska taxmaq beyinə zərər verir və bu xəstəliklərin kəskinləşməsinə səbəb olur - Həkimdən HƏYƏCAN TƏBİLİ
"Maskadan uzunmüddətli istifadə çətin korreksiya olunan ciddi fəsadlar törədir”.

Sfera.az-ın məlumatına görə, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Mütəxəssis bildirib ki, hazırda bir çox Avropa ölkələrində belə, "maska ilə bağlı məhdudiyyətlər” aradan götürülür: 

"Maskadan uzunmüddətli istifadə rejimi zərurəti yaranarsa, bütün hallarda "olum və ölüm” riski yanaşı incələnməli və yalnız birincinin faiz nisbətinin nəzərəçarpacaq dərəcədə üstün olacağı təqdirdə, ondan istifadə edilməlidir. İstənilən patoloji proses, o cümlədən, mikrob, virus və s. infeksiya zamanı meydana çıxan klinik simptomokompleksin əsasında, orqanizmin məlum patogen törədicilərdən təmizlənməsinə yönələn qoruyucu fizioloji akt durur. Bu səbəbdən koronavirus xəstələrinin maska taxması virusların "re-uptake” halına səbəb olmaqla, xaricə qovulan virus yükünün əks istiqamətli hərəkəti və proqnoza münasibətdə arzuolunmaz nəticələrə səbəb ola bilər. Kovidli xəstə "özünü təcrid” rejiminə keçibsə, digərlərini yoluxdurmaq qorxusu yoxdursa, onun daimi maska taxması mütləq əks göstərişdir.

Məlumdur ki, COVİD-19-un baş beyinə daxil olmasının əsas yollarından biri iybilmə siniri vasitəsilədir. Odur ki, maska taxılan zaman nəfəsvermə aktında virusların xaric olması məcburi süstləşdirildiyindən o, burunun selikli qişasına yüksək konsentrasiyada toplanaraq, iybilmə sinirləri vasitəsilə baş beyinə transformasiya oluna bilər. Bu hal baş beyində ikincili viral infeksiya "ocağı” yaratmaqla, çox arzuolunmaz və müalicəyəyatımsız bir hala, hətta letal sonluğa səbəb ola bilər”.

M.Qəniyev qeyd edib ki, bronx-ağ ciyər sistemi orqanizmdaxili mühiti ətraf aləmlə, təbiətlə əlaqələndirən yeganə əsas sistemdir:

"O, fəsli dəyişiklik, biometroloji faktor və amillərlə qarşılıqlı vəhdətdə, immun fəallığın tənzimi, qorunması və təminatında mövcudluq və yaşam faktoru sayılır. Odur ki, uzunmüddətli, ardıcıl və fasiləsiz maska taxılması, orqanizmdaxili (37 dərəcə) və orqanizmxarici (fəsli növbələşmədən asılı) temperatur fərqliliyində nisbi bərabərlik yaratdığına görə, immun fəallığın sönməsi, xronik xəstəliklərin kəskinləşməsi, istənilən infeksiyaya yoluxma riskinin kəskin artması, müalicəyə dözümlülük və proqnozun kəskin pisləşməsinə səbəb ola bilər. 

Digər tərəfdən maskanın müddətsiz taxılması zamanı, temperaturlar fərqliliyində nisbi tarazlıq yaranması səbəbindən, tənəffüs havası pH-nın qələvilik və ya turşuluğa doğru dəyişməsi labüddür. Hər iki halda, törənmə faizi, xüsusən əvvəllər ağ ciyər patologiyası keçirmiş  və ya ona meyilli şəxslərdə, çox ciddi və müalicəyəyatımsız xəstəliklərdən biri olan, ağ ciyər arteriyasının hipertenziyası kimi simptomokompleksin meydana çıxmasına zəmin yarana bilər. Xatırlatmaq istəyirəm ki, bu xəstəliyin müalicəsində yalnız iki preparat- inoprost və bozentan tövsiyyə olunur. Bunların hər ikisi "orfon” preparatdır, yəni çox bahalı dərmanlardır. Odur ki, bizlərdən kiminsə onları alıb, əzablarımızı yüngülləşdirməyə, maddi imkanımız yoxdur və ola da bilməz”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyəli alimdən dördüncü dalğa ilə bağlı - XƏBƏRDARLIQ

"BioNTech” şirkətinin baş direktoru Uğur Şahin koronavirusun dördüncü dalğası ilə bağlı xəbərdarlıq edib. Sfera.az xəbər verir ki, türkiyəli alim ABŞ nəşr...

Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! – Həkimdən XƏBƏRDARLIQ

"Əgər koronavirusa qarşı vaksinin birinci dozasından sonra şəxs koronavirusa yoluxursa, ikinci dozaya gərək yoxdur".   Bunu Sfera.az-a açıqlamasında Azər...

2022-ci ildə Azərbaycanda peyvəndləmənin yeni mərhələsi həyata keçirilə bilər - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Türkiyədə vətəndaşlara vaksinin üçüncü dozası da vurulacaq. Bu barədə artıq Səhiyyə nazirliyinin qərarı var və prosesin 2022-ci ildə həyat...

Koronavirusa qarşı üçüncü dozanı kimlər vurdurmalıdır? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bəzi insanlarda vaksinasiya sonrası koronavirusa qarşı immun sisteminin formalaşmadığını, bu səbəblə həmin...

Koronavirusdan sağalanlar yeni mutasiyalara yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ

Yay mövsümü yaxınlaşdıqca turizm, başqa ölkələrə səyahət məsələsi də aktuallaşır. Ancaq xəstələnib sağalan insanlar səyahət zamanı koronavirusun yeni mu...

Bu klinikalar vaksin üçün 30 manat istəyir

İyunun 7-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlara "Pfizer” vaksini də vurulmağa başlanılıb. ...