Uzun aradan sonra qeyri neft-qaz sektorunda artım əldə edildi

Uzun aradan sonra qeyri neft-qaz sektorunda  artım əldə edildi
Uzun fasilədən sonra Azərbaycanın qeyri neft-qaz sektorunda artım qeydə alınıb. 

Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2021-ci ilin birinci rübündə 18,9 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu il ÜDM istehsalı 2020-ci ilin birinci rübünə nisbətən 1,3 faiz azalsa da qeyri neft-qaz sektorunda 2,1 faiz artıma nail olunub. 

Xatırladaq ki, ÜDM istehsalı 2020-ci ildə qeyri neft-qaz sektorunda 2,6 faiz, bu ilin yanvar-fevralında 0,4 faiz azalmışdı. 

Cari dövrdə ÜDM istehsalının azalması iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunan əlavə dəyərin 7,3 faiz azalması ilə bağlıdır. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR