No Image
No Image

Uşaqpulu veriləməsi ilə bağlı VACİB XƏBƏR – “İlk iki uşağa 2000 manat...”

Uşaqpulu veriləməsi ilə bağlı VACİB XƏBƏR – “İlk iki uşağa 2000 manat...”
Son günlər ölkə gündəmində daha çox müzakirə olunan məsələlərdən biri də uşaqpulunun verilməsidir. Mətbuatda uşaqların sosial müdafiəsinin təminatına yönəlik addımın reallaşması ilə bağlı təzadlı fikirlər də yer alıb.

Deputatların bir qismi uşaqpulunun verilməsinin tərəfdarı olsalar da, əks qütblü çıxışların sayı az deyil. 

Uşaqpulu verilməlidirmi? Dövlətin buna maddi imkanı varmı? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev hesab edir ki, uşaqpulu mütləq verilməlidir: 

"Büdcənin kifayət qədər imkanları var ki, uşaqpulunu verə bilək. Heç kim demir ki, birdən-birə 18 yaşa qədər olanlara uşaqpulu verilsin. Bunu mərhələ şəklində və bir neçə il ərzində etmək olar.

Məsələn, ilk mərhələdə 6 yaşa qədər, sonrakı mərhələlərdə isə  6-8, 8-12 və daha sonra 18 yaşa qədər uşaqpulunun tətbiqini reallaşdırmaq mümkündür. İkincisi, hər bir uşaq bütün dünyada olduğu kimi 3 yaşa qədər pulsuz yeməklə təmin olunmalıdır. Bundan əlavə ilk doğulan iki uşağa 1000-2000 min manat müavinət verilməlidir.

Bəziləri deyir ki, bu müavinət verilsə, o zaman valideynlər 10-15 uşaq dünyaya gətirəcəklər. Bu, heç də belə deyil. İlk 2 uşağa yardım verilsin, kim üçüncü və dördüncü övlad istəyirsə, öz hesabına saxlaya bilər. Bütün bunlar qanunla tənzimlənməlidir. Uşaqpuluna qarşı çıxanlar Azərbaycan xalqının dostu deyil”. 

Deputatın sözlərinə görə 5 ildir ki, uşaqpulu ilə bağlı çıxışlar edir və təkliflər verir: 

"Yeni təklif verməyə heç bir ehtiyac yoxdur. Uşaqpulunun verilməsi çox sadə bir prosedurdur. Bütün dünyada bunun nümunələri var. Ən yaxşı nümunələr Avropa ölkələrindədir. Qonşu öılkələrin də nümunələrini məqbul saymaq olar. Sadəcə olaraq bu məsələ ilə bağlı müəyyən ictimai dinləmələr keçirilməlidir.

Hətta parlamentin özündə belə, cəmiyyətin spektrlərini cəlb etməklə dinləmələr təşkil etmək olar. Hökumətin özü bu sahədə təklif verən, fikirləri olan, mexanizmlər üzərində işləyən insanları onlayn platforma ilə dəvət edib, dinləyə bilər”. 

Deputat qeyd edib ki, uşaqpulunun verilməsi ilə bağlı parlamentin tribunasından iki dəfə çıxışı olub: 

"Uşaqpulu mütləq şəkildə verilməlidir. Qarabağı kim aldı? Həmin uşaqlar...Sabah Azərbaycanı kim qoruyacaq? Uşaqlarımız böyüyəcək və Azərbaycanın sərhədlərinin keşiyində dayanacaqlar.

 "Büdcədə pul yoxdur, büdcəmiz imkan vermir” deməklə məsələ həll olunmur. Uşaqpulunun verilməsi bu gün sosial sifariş əsasında yaranıb. Valideynlərin buna ehtiyacı var və övladlarını dolandıra bilmirlər.

Əgər hər bir ailəyə onların arzuladıqları şəkildə yüksək əməkhaqqı ilə iş təklif olunarsa, evlərinə yüksək məbləğ daxil olarsa, heç uşaqpulu istəməzlər. O qədər tənha analar və çarəsiz atalar var ki... Amma sabah lazım olanda övladı vətəni qoruyur və düşmənin sinəsinə xəncər taxır”. 

Millət vəkili uşaqpuluna qarşı çıxanları da sərt tənqid edib: 

"Bu gün bir partiya sədri uşaqpulu təklifini verənləri "yaramaz” adlandırırsa, onların cəmiyyətdə nəinki yüksək posta iddia etmək hüququ yoxdur, vətəndaş adından belə danışmaq hüququnu itirmiş olur. Kimlərsə büdcənin qeydinə qalmaq istəyir, kimlərsə isə hökumətə hansısa yollarla yaranmaq və yaltaqlanmaq istəyir. Vətəndaşları ayaqlarının altına alıb əzmək istəyirlər.

Vətəndaş ölsə də olar... Amma o ölən, əzilən vətəndaşın övladı Qarabağı azad etdi. Uşaqpuluna qarşı çıxanlar isə həmin vaxt qarşılarında köfeni içib kef edirdilər”. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sosial müavinətlərlə bağlı hesabatından aydın olur ki, müavinət alan uşaqlar arasında say baxımından ən böyük kateqoriya "sağlamlıq imkanları məhdud 18 yaşadək" olanlardır.

Bu kateqoriyaya daxil 63 min uşağa aylıq ortalama 150 manat məbləğində müavinət ödənilir. Sosial müavinət ödənən ikinci ən böyük kateqoriya "ailə başçısını itirməyə görə" müavinət alanlardır.

Bu müavinət vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, ancaq 23 yaşı aşmamaqla) verilir. Ötən ilin nəticələrinə görə, bu kateqoriyaya daxil olan 47 min uşağa aylıq ortalama 80 manat həcmində müavinət ödənilib. 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əks istiqamətdə hərəkət edən sürücü cərimələndi - VİDEO

İki gün əvvəl, paytaxtın Nərimanov rayonu ərazisində əks istiqamətdə avtomobili park edərək qaydaları pozan sürücünün videogörüntüsünü yayılıb. Sfera.az A...

Ağstafada şəhidin son arzusu yerinə yetirilib – FOTO

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Rüfət Məmmədlinin son arzusu yerinə yetirilib. Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, şəhidin...

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2414 yeni yoluxma faktı qeydə alınıb, 1695 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...

Bakıda restoranda toy edən 40 nəfər cərimələndi - FOTO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Balaxanı qəsəbəsində yerləşən "Zəfər Qalası” restoranında sanitar-gigiyena və karant...

Özbəkistan Qarabağda bir məktəbi bərpa edəcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr aktiv şəkildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa edilməsində iştirak edəcəklər. S...

Çayxanada şənlik təşkil edənlər cərimələndi - FOTOLAR

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri reydlər zamanı rayonun Topçu kəndində yerləşən çayxanada insanların kütləvi iştirakı ilə şənlik təşkil ...